Salamanca, İspaniya, Plaza Mayor

Meydan 1729-cu ildə V Filipin sifarişi ilə və əsas meyarı buğa döyüşləri üçün bir ərazinin olması məqsədilə inşa edilmişdir. Bu gün İspaniyanın, hətta Avropanın ən gözəl meydanlarından biri hesab olunur. Yerləşdiyi ərazi paradoksal bir illüziya təqdim edir. Yerdən baxıldıqda mükəmməl düzbucaqlıya bənzəsə də, havadan çəkilmiş fotoşəklində nizamsız olduğu görünür. Meydanın ərazisini əhatə edən və müəyyənləşdirən binaların barokko üslubundakı fasadları ilk baxışdan mükəmməl simmetrik görünür, amma əslində hər iki tərəf eyni hündürlüyə malik deyil. Salamanka meydanı bir neçə kitabın mövzusu olub və bugün İspan meydanlarının mütləq modelidir.