Featured Video Play Icon

Plasencia, Spania, Plaza Mayor

Plaza Mayor tarixi şəhərin məkkəzində dayanır, belə ki, bütün küçələr buradan başlayır və divarları dövrümüzə qədər yaxşı qorunub saxlanılan qalanın giriş qapılarına qədər uzanır. XVI əsrdən qalan bələdiyyə binası hər yarım saatdan bir binanın zənginə çəkiclə vuran məzəli insan heykəlciyi olan El abuelo Mayorga ilə məşhurdur. Bu heykəlcik onunla əlaqəli yaranan bir çox gerçək və uydurma nağıllarıyla şəhərin simvoluna çevrilmişdir. Müxtəlif dövrlərdə və üslublarda fərqli hündürlüklərdə inşa edilən binalar kvadrat perimetri meydana gətirərək, təsadüfdən vəhdət təşkil edən keyfiyyətləri ilə təsiriedici bir ansabl yaradır. Plazencia’daki Plaza Mayor İspaniyada az tanınan, lakin hələ də çox gözəl meydanlardan biridir.

DCIM100MEDIADJI_0066.JPG