Featured Video Play Icon

Valladolid, İspaniya, Plaza Mayor

İspaniyanın ən böyük meydanlarından biri olan Valladoliddəki Plaza Mayor 122 metr uzunluğunda və 82 metr enində olmaqla, mükəmməl bir düzbucaqlı formaya sahibdir və ölçüləri 3 x 2 nisbətini yaradır. Bu, İspaniyada bu tipdə qapalı və nizamlıl şəkildə inşa edilən ilk meydandır. O, 1617-ci ildə Madriddə inşa edilən mərkəzi meydanın və Valladolid memarlıq və şəhər cizgilərinin mükəmməliyə çatdığı 1729-cu ildə Salamankada inşa edilən meydanın bir modeli olmuşdur. Daha sonra İspaniya və Cənubi Amerikadakı bir sıra silsilə meydanlar bu iki meydanın modelindən ilhamlanaraq, birbaşa olmasa da, dolayısı ilə Valladolid meydanı ilə əlaqəlidir.

21 sentyabr 1561-ci ildə böyük bir yanğın Valladolid şəhərini bürüyür və üç gün davam edir. Şəhərdəki səfalət yeni şəhər düşüncələrini həyata keçirmək üçün fürsət yaradır. Yeni meydanın layihəsi intibah üslubunun balans və simmetriya prinsiplərinə uyğundur. Meydanın orta hissəsi tamamilə boş, portikotlar vasitəsilə girişi olan, qapalı və düzbucaqlı olaraq düşünülmüşdü. Memar Francisko de Salamanka, eyni, aynalı fasadlar dizayn edir. Onların arxasında məmurlar və gildiya üzvləri üçün yaşayış yerləri vardır. Birinci mərtəbədə isə, meydanın bütün ətrafında kollonad görə bilərsiniz.