Katalin D. Konstantin kitab naşiridir və Buxarest Universitetinin Məktublar Fakultəsində etnologiya və antropologiya elmlərini tədris edir. O, çox sayda ədəbi kolleksiyaları düzənləmiş və Rumıniya mədəni irsinə həsr edilmiş bir çox fotoşəkilli kitabları redaktə etmişdir. Onun Məktublar Fakultəsindən götürülmüş və 2013-cü ildə nəşr edilmiş ilk doktorluq dissertasiyası 20-ci əsrin əvvəllərində Rumıniya şəhərlərinin gündəlik həyatı mövzuzunda işlənmişdir. Müəllif o dövrün anonim şəxslərinə aid olub nəşr edilməmiş jurnallardan götürərək topladığı məlumatlara əsaslanmışdır. Katalin D. Konstantin özünün ikinci doktorluq dərəcəsini 2014-cü ildə Buxarestin “İon Minku” Memarlıq və Şəhərsalma Universitetində almışdır. Onun ən son kitabı “Şəhərlər haqqında ümumi məlumat: Avropa Meydanları və onların Tarixçələri” (Peter Pan Art, 2017, 512 səhifə) Avropa şəhərlərinin ictimai meydanlarının mədəni və antropoloji məcmuəsidir. O həm Rumıniyada, həm də xaricdə bir çox foto sərgilər təşkil etmişdir.