Alman dilində Wittingau adlanan Třeboň, Bohemiyada ən yaxşı qorunan orta əsr meydanlarından birinə sahibdir. Əslində, yalnız forması orta əsrlərə aiddir, belə ki, İntibah və Barok evləri ilə hazırki görünüşü XIV əsrdə balıq ticarətinin çiçəklənməsi ilə əlaqədardır. Şəhərin ətrafındakı təbii mənzərə XIV əsrin ortalarından başlayaraq, insan müdaxiləsi ilə tədricən dəyişdirildi. Bataqlıqlar 16 su sistemində qruplaşdırılaraq, 500-dən çox gölməçədən ibarət sıx bir şəbəkə yaratdı. Günümüzdə bu çöllərə cənnət geri dönmüş, nadir bitki və heyvan növləri burda məskən salmışdır. Gölməçələrdən ən böyüyü şəhərin düz yanında yerləşir və orta əsr şəhərciyinin sahibləri olan Rozenberqlər ailəsinin adı ilə bağlıdır. Bohemiya və Moravia’nın bütün tarixi şəhərlərində olduğu kimi, bu meydan da vəba sütunu, İntibah dövrünə aid çeşmə və şəhər meriyasına aid qala binasından ibarətdir.
