Şəhərlər haqqında ümumi məlumat Avropa Meydanları və onların Tarixçələri

Avropa meydanlarının tarixi tarixçəsi antik Yunan dövrünə qədər uzanan yaylaların və ictimai açıq sahələrın aşkar edildiyi tarixi qaynaqlarda da izlənilə bilər. Şəhər meydanları əsasən Avropaya xas bir xüsusiyyətdir, çünki digər mədəniyyətlər, hətta ölçüsünə görə çox böyük meydanlara sahib olsalar da belə, onlarda meydanları indiki dövrə gətirib çıxaran əlaqə bağları mövcud deyildir. Mydanları icad edən və xüsusən də müstəmləkə dövründə onların qapısını bütün dünyaya açaraq bir memarlıq nümunəsi kimi inkişaf etdirən Avropa olmuşdur.

Əvvəlcə Yunan şəhərində əsas yolun bəsit şəkildə genişləndirilməsi meydanı ərsəyə gətirdi, zaman keçdikcə isə cəmiyyət və dini münasibətlər ona gözəllik qatdı. Yunanlılardan meydan ənənəsi Roma memarları tərəfindən qəbul edildi, burada forum (qədim Romada açıq havada yol boyunca salınmış ticarət məqsədli ictimai yer) məkanın planlaşdırılmasını zəruri etdi.  

Poreç, Xorvatiya
Poreç, Xorvatiya

Roma İmperiyasının süqutundan sonra təxminən 900-cu ildə şəhər həyatı yenidən Avropaya qayıtdı, qədim Roma məskənlərinin yerində onların eskizləri qorunmaqla, bir çox orta əsrə aid qala və divarlar vüsət aldı, forum mərkəzi meydana çevrildi. Biz bunların izlərinə Xorvatiyanın Dalmaçiya sahillərində yerləşən Zadar və Poreç şəhərlərində rast gələ bilərik.

Obidos, Portuqaliya
Obidos, Portuqaliya

Orta əsrə aid istənilən şəhərcik əsasən qala divarları ilə əhatələndiyindən, onların rəsmi havadan dronla çəkildiyində həmin şəhərlərin haşiyəsi və mərkəzi arasındakı təməl ziddiyətini görmək mümkündür. Bəziləri, məsələn, Portuqaliyada Obidos bu istehkamları günümüzə qədər qoruyub saxlamışdır.  Meydanlar dar və dolambac şəhər küçələrinin qarşısında uyğunsuz ölçüdə duran geniş bir məkanlardır. Orta əsr meydanları demək olar ki, hər zaman bir kilsə və bir fəvvarəsinin olması ilə səciyyələnir. Kiçik şəhərlərdəki meydanların fəvvarələrinin rolu da çox şaxəlidir. Amma böyük şəhərlərdəki meydanlarda fəvvarələrin olması ənənə və ayinlərlə əlaqəli olduğu üçün onun rolu tamamilə estetik məna daşıyır.  

 Qala divarlarının olması Qərbi Avropa şəhərləri üçün önəmli nəticələr vermişdir. Birincisi, məhdud məkan əsrlər boyu əhali səviyyəsinin bu divarlar arasında sabit qalması anlamına gəlirdi. Əhali artıqdan sonra istehkam mərkəzinin genişləndirilməsindənsə, yeni şəhərlərin salınmasına üstünlük verildi, buna görə də Orta Əsrlərdə çox sayda yeni yaşayış yerlərinin əsası qoyuldu. Tikinti hər zaman şəhər üçün təyin edilmiş mərkəzdən başlayırdı, belə ki, tikiləcək başlanğıc yer meydan olurdu. Qala divarlarının ikinci önəmli nəticəsi isə o olmuşdu ki, mərkəz həmişə eyni qalırdı. Bu cəmiyyətlərdə meydan əsasən həndəsi mərkəzdə yerləşdirildi. Bu yer ən çox qorunan yer, düşmənin əl uzada biləcəyi ən son yer idi. Yalnız çox az sayda qapıdan şəhərlərə giriş imkanı verilirdi. Avtomatik olaraq, bütün giriş yolları mərkəzi meydana gətirib çıxarırdı. Havadan da göründüyü kimi, meydan orta əsr şəhərinin mərkəzi olmuşdur. Divarlar vizual olaraq, mərkəz ilə ətraf mühit arasındakı ayrılığı mümkün qədər aydın şəkildə göstərir. Beləliklə, başqa bir təkamül nəticəsi ortaya çıxdı: müasirliyin şəfəqində divarlar sökülməyə başladıqdan sonra yaşayış məntəqələri birbaşa əvvəlcədən mövcud olmuş bünövrələrə daha çox ərazi qatmaqla, bir xətt üzrə deyil, konsentrik şəkildə inkişaf etməyə meyl aldı. Biz bunu bir çox Avropa şəhərlərində bu günkü dövrümüzdə də görə bilərik.  

Valladolid, İspaniya
Valladolid, İspaniya

Bu orta əsr şəhərləri intibah dövründə Avropaya miras qaldı. Fəqət Avropa daha sonralar bu cür şəhərləri sevmədi və onların tamamilə fərqli olmasını istədi: Avropa müəyyən dərəcədə fərqli bir şəhər dünyasını təsəvvür edirdi. İntibah dövrü, əslində əsl şəhərlərin salınması ilə deyil, onların daha çox xəyali salınması ilə məhşurdur. Nəzəriyyə yerini praktiya verdi və bu bir fəlakətlə nəticələndi. Belə ki, 21 sentyabr 1561-ci ildə böyük bir yanğın Valladolid şəhərini çökdürdü. Şəhərin fəlakəti şəhərsalma üçün real bir səbəb yaratdı. Boş məkanda əzəmətli Plaza Mayor (tərcümədə “Böyük Meydan”) salındı, bu yer indi də İspaniyanın ən böyük meydanlarından biridir. Avropada ilk planlı şəkildə tikilmiş meydan olmasına baxmayaraq, nəzəriyyəsi bu günkü dövrə tam məlum deyil. Onun simmetriyası və planı havadan da aydın görünür.

Salamanka, İspaniya
Salamanka, İspaniya

Valladolid meydanlarının memarlıq və şəhər nümunələri bir çox başqa meydanlarda da görünməyə başladı və bu, 1729-cu ildə dünyanın ən gözəl meydanlarından biri olan Salamanka şəhərindəki Plaza Mayor meydanında mükəmməllik səviyyəsinə çatdı. Havadan fotoşəklində aydın görünür ki, meydanın perimetrləri dəqiq  kvadrat şəklində deyil, daha çox trapez formasındadır. Normal görmə bucağından baxıldığında, istənilən piyada meydanın mükəmməl paralelliyə və düzgün tərəflərə malik olduğunu görür: memarın görə biləcəyi kiçik məkan, amma   görmə bucağının  genişləndirilməsinə mükəmməl olaraq hesablanmış incə optik illüziya məkanda əks olunur.  

XVI əsrdən başlayaraq, şəhərlər hələ də qalalara malik idi, lakin onlar fərqli planlarla inşa edilirdi. Şəhər planlama missiyası getdikcə memardan rəssama, rəssamdan isə mühəndisə ötürüldü. Dəyişikliyin ən önəmli çağı 17-ci əsrdə ortaya çıxdı və Vauban ilə əlaqələndirildi. Onun təklif etdiyi istehkam növü hədsiz şəkildə möhkəmləndirilmiş şəhər divarlarının içərisində çox sayda əsgər yerləşdirilməsini nəzərdə tuturdu. Avropa boyunca, Hollandiyada Narden və Burtane bölgələrindən tutmuş Portuqaliyadakı Almeyda və Rumıniyadakı Alba Karolina bölgələrinə qədər sürətlə ulduz-şəkilli qalalar meydana gəlməyə başladı.  

Bu hərbi yaşayış yerləri özünün mərkəzdəki geniş meydana aparan düz və sıralı küçələri ilə ideal bir quruluşa malik idi. Yerdən baxıldığında, tikililərin çox zaman sadə görünüşlü olması qalaların mükəmməlliyini hiss etdirməyə imkan verirdi. Lakin havadan şəkilləri çəkildiyində, onlar ən gözəl Avropa məskənləri sırasında yer alır, sanki göydən yerə ulduzlar səpələnib. Meydanların əhəmiyyətliliyi də məhz onların mərkəzi məkanında ortaya çıxan hadisələrdən qaynaqlanır.   

Narden, Hollandiya
Narden, Hollandiya

18-ci əsrin ortalarından sonra və 19-cu əsr boyunca şəhərlər özlərini tətbiq etdikləri hərbi, texnoloji və siyasi dəyişiklikləri ilə tanıtmağa başladılar.  Şəhər cəmiyyətlərinin özünü idarəetmə hakimiyyəti gedərək azaldı və nəticədə monarxiya idarəçiliyi altında dağıldı. Krallar özlərini tez toplamaq üçün şəhərlərə əsgərlər gətirməyə və paradlar təşkil etməyə başladılar, bunun üçün isə əsgərlər düz küçələr tələb etdilər. Bununla da, şəhər icmalarının özünü idarə etmə gücü getdikcə zəifləyərək yox oldu. Özlərinin yay evlərində yaşamağa başlayan aristokratların sayı çoxalmağa başladı. Onlar şəhər idarəetmə mərkəzlərinə yaxın olmaq üçün yaşayış yerlərini şəhərlərdə tikməyə başladılar. Zamanla bu yerlər onların əsas yaşayış yerlərinə çevrildi. Və çox qısa bir zamanda insanlar üçün şəhərlərinin necə göründüyü bir maraq sahəsinə çevrildi.  

Nəticə? Şəhərlərin planlaşdırılması ciddi şəkildə dəyişdi. Əgər qədim orta əsr yaşayış məntəqələrində bütün cəmiyyətin ehtiyaclarına əsaslanan yerləşmə planı vardısa, indi şəhərlər aristokratiyanın zövqlərinə uyğun şəkildə dəyişdirilmişdi. Şəhər estetikasında əsaslı dəyişikliklər baş verdi. Küçələr düzləşdirildikdən sonra xarici görüntü aydınlaşmağa başladı və insanlar ilk döngəyə qədər olan məsafəni görməyə başladıalr. Bu yerdən xarici mənzərəni təhlil etmək üçün kiçik də olsa, bir addım var idi. Klassik Antik dövr insanlarına məlum olmayan xarici mənzərə anlayışı, daha mürəkkəb bir şəhər görüntüsü tələb edirdi: abidələr və heykəllər yalnız yaxından görünməməliydi. Həqiqətən, indi onlar uzun və düz küçələrin sonlarında, meydanın çox uzaq məsafədən görünməsinə imkan verən yerlərdə olan şəhərin görməli yerləridir.

Lissabon, Portuqaliya
Lissabon, Portuqaliya

Beləliklə, vaxtilə təsadüfdən yaranan bu yerlər indi araşdırılması olan yerlərə çevrilmişdir. Uzaq məsafədən görülə bilən zəfər arka yolları, xatirə sütunları, abidələr tikilmişdi. Şəhərlərdən keçərək meydanları bir-birinə birləşdirən mərasimləri inkişaf etdirmək məntiqi bir addım idi. Yuxarıdan baxıldığında 1 noyabr 1755-ci ildə Lissabonda baş verən sarsıdıcı zəlzələdən sonra Pombal Markizinin rəhbərliyi ilə həyata keçirilən dəyişikliklər aydın görünür. Lissabon meydanları real bir sistemdir. Geniş və sıralanmış bulvarlar hər birinin mərkəzlərində əzəmətli abidələri olan Ticarət Meydanını (Trade Square) Rosioya (Rosio), Rosionu Fiqeyra (Figueria), Martim Moniç (Martim Moniz) və Reştauradoreşə (Restauradores), Reştauradoreşi isə Markiz de Pombal (Praça do Marques de Pombal) meydanlarına birləşdirir. 

Bir meydanın mövcud olması üçün tək onun quruluşu kifayət deyil. Şəhərlər insanların və binaların sintezidir və bunlar arasındakı əlaqələr heç də ilk baxışdan göründüyü qədər sadə deyil.  İnsanlar tikililəri yaradır və bir cəmiyyətin öz tarixini, hekayəsini, dinini, inanclarını necə yaratmalarının, gündəlik həyatın konkret ehtiyaclarını bir məkana necə sığışdırmalarının yolları bu günümüzə qədər demək olar ki, müəyyən deyil. Həqiqətən, bu mürəkkəb prosesin nüansları mürəkkəbdir və çox güman ki, heç vaxt tam başa düşülməyəcəkdir. Meydan özünün tək arxitekturasından deyil, bunun daha artığından ibarətdir. Onun cəmiyyətin simvolik xəyallarına görünən və görünməyən bir sistemlə zəncirlənmiş bütün keçmişi, öz varlığını meydanın mövcudluğunda güclü şəkildə hiss etdirir.   

                                                                                                Katalin D. Konstantin 

Avropa meydanları

Avrupa meydanlarındaki yaşam, şehirden şehre, ülkeden ülkeye, kültürden kültüre Avropa meydanlarında həyat şəhərdən şəhərə, ölkədən ölkəyə, mədəniyyətdən mədəniyyətə fərqlidir. Gecənin yarısına doğru yoldan keçən son insanlar, Şimali Almaniya şəhərlərinin meydanlarından olduqca tələsik keçib evlərinə gedərkən, İber yarımadasındakı meydanlar hələ də sevinc və səs-küylə dolu,  insanları isə sabah heç bir işlərinin olmadığı təəssüratını verir. Meydandakı izdiham gecə yarısından sonra daha bir neçə saat davam edir. Şübhəsiz ki, Avropa qitəsindəki ən canlı meydan şousunu İspaniya şəhərləri təklif edir. Qışda şimal ilə cənub arasındakı ziddiyyət bu baxımdan mülayimdir, çünki şimal meydan bazarlarında Milad yarmarkaları olur və cənub bazarları, baxmayaraq ki,  yayda olduğundan daha boşdur həmçinin onlar da qazanırlar. Ölkəsindən asılı olmayaraq, bir Avropa şəhərinin meydanı fəsildən fəsillə fərqli ritm və rituallar yaşayır, fərqli görünüşlər qazanır.

Şəhər meydanlarını bütün Avropada tapa bilərsiniz və saytımız bütün qitənin meydanlarını təqdim etməkdədir.Bununla yanaşı, Avropa meydanlar baxımından bir sıra imtiyazlı sahələrə malikdir. Aralıq dənizinin cənubu mükəmməldir, iqlimi əlverişlidir, amma unutmayaq ki, Baltik sahillərində cənub bölgələrindən daha az tanınan və diqqətimizə layiq olan müstəsna meydanlar da vardır. Şimal və cənub arasında açıq bir fərq var, ancaq meydanlar daha yaxşı qruplaşdırılmışdır. Onları xəritədə yerləşdirməyə vaxt ayıranlar gözəl, estetik cəhətdən maraqlı və ya hekayələri olan meydanların əslində Avropanın müxtəlif yerlərində yerləşdiklərini və hətta bir-birləri ilə bir növ “şəbəkə” yaratdıqlarını görəcəklər. İnternet icad olunmazdan xeyli əvvəl şəhərləri birləşdirən və oxşar şəhər sistemlərini yaradan görünməz əlaqə mövcud idi. Bir-birlərindən nə qədər fərqli olsalar da, meydanlarda onların funksiyalarından tutmuş insanların həyat tərzlərinə qədər ortaq bir nöqtə vardır.

Mükəmməlliyi ilə İtaliya meydanlar ölkəsidir. Şah əsərləri sayılan demək olar ki, bütün meydanlar Romanın şimalındakı şəhərlərdə yerləşir. Burada naməlum və ya çox az bilinən deyə biləcəyiniz bir meydan tapa bilməzsiniz.Ancaq saytdakı seçimdə turistlər tərəfindən daha az gəzilən, lakin Palmanova kimi şəhər tarixi üçün çox maraqlı olan bəzi meydanları vurğulamağa çalışdım. Başqa misal, Pitigliano-dakı meydanı göstərə bilərəm, bu o qədərdə maraqlı olmayan,lakin vulkanik çöküntü qayası üzərindəki yüksəklikdə, kiçik orta əsr şəhərciyinin çox yaxşı qurulmuş bir məkan kontekstidir. Şimali İtaliyadakı meydanların sayı çoxdur, hətda şəhərlərə nisbətən daha çoxdur, çünki şəhərlər tək bir meydan deyil, meydan sistemlərinə sahibdirlər. Digər tərəfdən, İtaliyanın cənub hissəsində daha az gözəl meydanlar da  vardır, ancaq burada əhəmiyyətli istisnalar mövcuddur.     

Adriatikin digər tərəfində, Dalmatiya sahilləri boyunca şəhərlərin meydanlarına Venesiya meydanının bir uzantısı kimi baxmaq lazımdır. Dalmatiya sahili meydanlar baxımından kifayət qədər şərh edilməyən bir ərazidir. Buradakı şəhərlər Venesiya mülkləri idi, ancaq digər mədəniyyətlərlə, xüsusən Cənubi Slavyan şəhərləri ilə qarşılaşma, meydanlarına tamamilə möhtəşəm yerli nüanslar qazandırdı. Sloveniya, Xorvatiya və Monteneqro bu şəhərləri bölüşür, lakin digər Balkan ölkələrində də maraqlı meydanlar tapmaq mümkündür.

Alp dağlarının şimalında, Mərkəzi Avropada, keçmiş Avstriya-Macarıstan İmperiyası ərazisində, maraqlı şəhər meydanlarının sayı yenə də çoxdur. Buradakı tarixi meydanlar İtaliyadakı meydanlardan bir neçə əsr sonra ortaya çıxdı və italyan meydanlarının böyük təsirinə məruz qalsalar da, onların özünəməxsus bir cizgiyə və özəlliyə sahib olduğunu görmək mümkündür. Keçmiş Avstriya-Macarıstan İmperiyasının ərazisində belə bölgü yeganə deyil və paradoksal olaraq, güc mərkəzi olan Avstriya ən maraqlı və ya ən çox meydanı olan ölkə deyil. Çexiya hökumətinin memarlıq rezervasyonları tərəfindən elan edilmiş və qanunla qorunan Bohemiya və Moravia’nın təxminən 40 tarixi şəhəri geniş və çox gözəl bir meydan ətrafında inkişaf edir. Buradakı meydanların bu qədər az tanınması haqsızlıqdır. Slovakiya, Sloveniya, Macarıstan və ya Rumıniyada şəhərlər eyni “model” in tərkib hissəsi olan meydanlara sahibdirlər, lakin bu ölkələrdə onların sayı daha azdır. Bu Mərkəzi Avropa şəhərlərinin demək olar ki, hamısı əslində erkən orta əsrlərdə buraya gələn alman köçkünlərinin qalaları olmuşdur. Paradoksal olaraq, bu Mərkəzi Avropa şəhərlərinin meydan sistemi Almaniyanın özündə olan şəhərlərdən daha “inkişaf etmiş” vəziyyətdədir. Ancaq Almaniya, II. İkinci Dünya Müharibəsindəki bombalara baxmayaraq, Harz dağlarında orta əsr meydanları kimi çox maraqlı meydanları olan bəzi xüsusi ərazilərini saxlamaqdadır.   

Meydanlar baxımından başqa bir imtiyazlı sahə, artıq adını qeyd etdiyimiz İber yarımadasıdır. İspaniya və Portuqaliya “dinamik” meydanlara sahib ölkələrdir.

Bununla belə, meydanların yaxın tarixinin “mədəni idxal” olduğu halda, 19 və 20-ci əsrdə qurulmuş meydanlar, məsələn Qara dəniz və Xəzər dənizi arasındakı Qafqaz şəhərləri, tarixi və yerli adət-ənənələri əhatə edən çox maraqlı bir sintez təşkil edir. Gürcüstanın paytaxtı Tiflisdə, İpək Yolundakı köhnə karvan dayanacağı bu gün Meidan Meydanı və ya Vahtang Qorqasalının yerləşdiyi yerdir.

Daim yeni şəkillər və mətnlərlə zənginləşdirilən hər hansı bir seçimdə olduğu kimi saytımızdakı seçim də ədalətsiz və natamamdır.