Ston və Mali Ston, Xorvatiya

İki qəsəbə (Kiçik Ston mənasını verən „ Mali Ston”) maraqlı bir sistem meydana gətirir, çünki onlar Avropadakı ən uzun duvarların bəziləri ilə vaxtilə 7 km-dən çox uzunluqda (bu gün isə bunun təxminən 5 km qalmışdır) bir-birinə bağlanmışdır. Divarlar iki qəsəbəni bir-birindən ayıran təpə boyunca enişli yoxuşludur. Mali Ston 1333-cü ildə Dubrovnik qalasını qorumaq məqsədilə müdafiə sisteminin bir hissəsi olaraq qurulmuş, Ston isə düz küçələr, inzibati binalar və yaşayış yerləri ilə aydın şəkildə qurulmuş plana əsasən tikilmiş zamanının ilk yaşayış məntəqələri sırasındadır. Mali Stonda liman, bir çox Aralıq dənizi şəhərlərində də olduğu kimi, ənənəvi olaraq meydan rolunu oynayırdı. Lakin bunun əksinə olaraq, Ston meydanı müstəqil bir məkan olaraq layihələşdirilmişdi və hələ də yaşayış qəsəbənin kənarında dayanmaqdadır.

Nový Jičín, Çexiya Respublikası,Masarykovo náměstí

Olduqca düzənli quruluşundan, bu şəhərin XIII əsrin sonlarında, çox güman ki heçnədən, boş bir torpağın təməlində yarandığı görünür. Təxminən bərabər tərəfləri olan meydanda çox fərqli üslublu tikililər vardır. Alp dağlarının şimalında ən gözəl meydan hesab olunur və hər tərəfi böyük bir yanğının köhnə, əsasən də taxta evləri məhv etməsindən sonra 1503-cü ildə tikilmiş arkalarla əhatələnmişdir. Arkaların məqsədi ticarət stendləri üçün sığınacaq təmin etmək və mazhaus-un (birinci mərtəbədəki böyük otaqlar belə adlandırılırdı) girişini birləşdirmək idi. 1768 və 1773-cü illərdə baş verən digər yanğınlar yenidən meydana mənfi təsirini etdi, buna görə də onların fasadları XIX əsrdə tarixi və neoklassik üslubda yenidən qurulmuşdur. Meydanın mərkəsində 1680-ci ildə vəba epidemiyasının xatirəsinə tikilmiş möhtəşəm bir vəba sütunu dayanır. Burada həmçinin, uşaqların və ticarətin qoruyucu mələyi olan Müqəddəs Nikolayın heykəli və suların hərəkətini simvolizə edən „zamanın çeşməsi” də vardır ki, birlikdə Şəhər Bələdiyyəsi binasındakı saatla harmoniya təşkil edir. Novy Jičín isə meydan evləri arasında Avropanın ən qədim şlyapa fabriki olmuş və binası hazırda öz tarixini əks etdirən bir muzeyə çevirmiş tikililərdən biri olması ilə səciyyəvidir.

Novi-Jicin-Panorama

Plaza Mayor from Valladolid, Spain

One of the largest in Spain, the Plaza Mayor in Valladolid has a perfectly rectangular shape, with a length of 122 meters and a width of 82 meters, establishing a 3 x 2 proportion. It is the first square of its type built in Spain, closed and with a regular plan. It will serve as the model for the central square in Madrid, built in 1617, and for the one in Salamanca, built in 1729, where the Valladolid architectural and urban pattern reaches its perfection. A long series of squares in Spain and South America are inspired by these latter two, thus indirectly pointing to the square in Valladolid.On the 21st of September 1561, a widespread fire engulfs Valladolid and burns for three days. The disaster is nonetheless a chance for applying new urban ideas. The project of the new square follows the principles of Renaissance balance and symmetry. The square is thought as a closed, rectangular space, completely hollow in the middle, with entrances through porticoes. The architect Francisco de Salamanca projects identical, mirror façades. Behind them there are living spaces for the functionaries and the members of the guilds. On the ground floor, all around the square, one finds a colonnade.

Sofiya, Bolqarıstan, Müqəddəs Aleksandr Nevski Meydanı

Bolqarıstan 1878-ci ildə müstəqillik əldə etdiyindən qısa bir müddət sonra Sofiyada inşa ediləcək əzəmətli bir kafedral üçün planlara başlanıldı. Onun təməl daşı 1882-ci ildə qoyuldu. Kafedral, Rus əsgərlərinin xatirəsinə, Müqəddəs Aleksandr Nevskiyə həsr edildi. Kafedralın ətrafında Balkanların ilk müasir meydanlarından biri formalaşmağa başladı. Bu gün bu yer böyük simvolik əhəmiyyətə malik bir məkandır, çünki burada həmçinin, şəhərə adı verilən bir az kiçik ölçülü, lakin kifayət qədər qədim olan (IV-VI əsrlər) Müqəddəs Sofiya kilsəsi yerləşir.

Wismar, Almaniya, Am Markt

Baltik dənizində bir liman olan Vismar XVIII və XIX əsrlərdə Hansa Birliyinin bir hissəsi olaraq çiçəkləndi. 10 min kvadratmetr sahəsi ilə şəhərin mərkəzi meydanı olan Am Markt Almaniyanın şimalındakı ən böyük və ən gözəl yerlərdən biridir. Binaları şimali Qotik üslubuna aid, XIV əsrə xas qırmızı kərpicli evlərdən tutmuş XX əsrin əvvələrində Art Nouveau tərzli neoklassik fasadlara kimi memarlığın müxtəlif üslublarını əks etdirir. Meydanın mərkəz nöqtəsi 1602-ci ildə Hollandiyadan gətirilən zəngin metal bəzəkləri olan Vasserkunst çeşməsidir. Meydanın bu tərzdə ən qədim yerlərindən biri, 1380-ci ildən qalma Alter Şvede adlanan qırmızı kərpicli zadəgan evlərindən biri də izləyicisini özünə heyran edə bilər.

Timișoara, Ruminiya, Union Square, Liberty Square

1716-cı ildə Savoy Eugene qoşunları Türklərə qalib gələrək Timişoaranı fəth edirlər. Avstriyalılar burada Avropanın ən böyük qalalarından birini inşa etməyə qərar verirlər. İstehkamları 19-cu əsrdə söküləcəkdi, lakin tipik Mərkəzi-Avropa üslubunda tikilmiş iki çox gözəl meydanı qalmaqdadır.

Srayevo, Bosniya və Herseqovina, Başçarşı

Başçarşı, Bosniyaya təyin olunan Türk Valisi İshakoğlu İsa Bəyin Sarayevo şəhərinin əsası qoyduğu tarixə, 15-ci əsrə aiddir. Şərq şəhər ənənəsinə uyğun olaraq, şəhərlərdə meydanlar deyil, bazarlar olurdu. Başçarşı məhz bu mənanı verir və bu yer şəhərin ticari, idari və mədəni mərkəzi kimi xidmət etmişdir. Burada, dükanlar, kitabxana, saat qülləsi və mehmanxanalarla birgə məscidlər də tikilmişdi… Sarayevo 1878-ci ildə Avstriya-Macarıstanın bir hissəsinə çevrildikdən sonra, yeni hökmdarlar onun Avropa stilli şəhərə çevrilməsini planlaşdırdılar. Lakin yaranan bir yanğın memarların planlarına və 16-cı əsrdə bazarın mərkəzi məkanına hakim olan minarənin bir meydana çevrilməsinə „kömək etdi”. Bu gün bu yer qeyri-rəsmi olaraq “Göyərçin Meydanı” kimi tanınır.

Antwerp, Belçika,Grote Markt

Əvvəllər Grote Markt orta əsr şəhərinin xaricində bir bazar idi; şimaldan və cənubdan gələn tacirlərin mübadilə etdiyi bir yer idi. 1220-ci ildə Knyaz Hendrik I van Brabant meydanın məkanını cəmiyyətə bağışlayır. Bu ərazi şəhərin mərkəzi olacaq. Bugünkü forması əksəriyyəti planlaşdırılmamış ardıcıl dəyişikliklərin nəticəsidir. Ancaq nəticəsi uğurlu oldu: hansı küncdən girmənizdən asılı olmayaraq bütün meydanı bir anda görə bilməzsiniz, tədricən məkanın dərinləşməsi ilə özünü biruzə verir. Gildiyaların evləri meydanın iki tərəfini təşkil edir. Şəhərin YUNESKO siyahısına daxil olan İntibah dövrünə aid binası cənub tərəfdə yerləşir. Kafedralın isə qonşu meydanda yerləməsinə baxmayaraq, hər yerdən görülməsi mümkündür. Ortada 1887-ci ildə tikilmiş Brabo çeşməsi şəhərin yaranmasının əfsanəsini izah edir.

Slavoniçe, Çexiya Respublikası, Sülh Meydanı, Yuxarı Meydan

Alman dilində „Zlabings” adlandırılan və ilk dəfə 1260-cı ildə xatırlanan Slavoniçe Avstriya sərhədindən bir kilometr kənarda yerləşir. Onun coğrafi mövqeyi, müəyyən mənada,  onun öz arxitekturasını qorumaq üçün bir şans olmuşdu. XIV-XVII əsrlərdəki tərəqqi dövründən sonra Praqanı Venesiyaya bağlayan yeni ticarət yolları artıq şəhərdən keçmədiyi üçün  iqtisadi inkişaf tempi yavaşlamağa başlayır. Bu, onun İntibah dövrü arxitekturasının və ilkin yerləşmə eskizinin qorunmasını mümkün etmişdir. Şəhərin planı bir-biri ilə qarşılıqlı bağlılığı olan iki meydana görə atipikdir: Sülh Meydanı üçbucaqlıdır, Yuxarı Meydan isə uzanaraq bir kilsənin kənarlarına qədər genişlənmişdir. Qotik dövrünün sonundan və İntibah dövründən qalma bir çox sayda binalar praktik olaraq pozulmayıb, bir çox fasadlar isə xüsusi sqraffito (cızma) tipli naxışlarla bəzədilmişdir. 1945-ci ildən sonra hazırda sərhədə çox yaxın olan şəhər, hakimiyyət orqanları tərəfindən qəsdən boşaldılmış və beləcə yerində Sosialist tərzli mənzillər salınmaqla qorunub saxlanmışdır. Sonrakı illərdə şəhər yenilənmiş və incəsənət müstəmləkəsinə çevrilmişdir.

Kruşevo, Makedoniya, Serşa

Kruşevo və ya Arumın dilində Kruşova kimi bilinən bu şəhər bütün Balkan Yarımadasında ən yüksək hündürlükdə yerləşən bir şəhərdir. Memarlıq üslübu atipik olmaqla, Avropa və Şərq üslubları arasındadır. Şəhər zəngin Arumınlar (Osmanlı türkləri Mosxopol şəhərini yandırdıqdan sonra onlar bura köç etmək məcburiyyətində qalmışdılar) və ev tikməkdə çox təcrübəli olan yerli slavyanlar tərəfindən tikilmişdir. Mərkəzi meydan müxtəlif ənənələri bir araya gətirir. Adı Türk dilindən götürülərək mərkəz mənasını verir. Məkansal tərtibatda da Avropa elementlərinə rast gəlinir, çünki böyük Avropa paytaxtlarının şəhərsalma üsulu yerli zəngin ticarətçilərlə məlum idi.

Perast, Monteneqro, Müqəddəs Nikolay Meydanı

Şəhərin quruluşu Venesiya hakimiyyəti dövründə şəhərin iqtisadiyatının tərəqqiyə çatdığı dövrə aiddir. Bir çox sahil şəhərində olduğu kimi, burada da meydan limanı özünə birləşdirmişdir. Şəhərin İnzibati Mərkəzi meydanın şərq tərəfində, Fond Bazarı isə qərbində yerləşir. Şimal tərəfində Adriatik dənizinin sahilində ən yüksək zəng qülləsi olan  Müqəddəs Nikolay kilsəsi yerləşir. Şərti olaraq “balota” adlandırılan bir daş, liman-meydanının bitdiyi və kilsə meydanının başlandığı yeri işarə edir.

Ştralzund, Almaniya, Köhnə Meydan, Yeni Meydan

Qırmızı kərpicli Qotik üslublu kilsələrlə sular arasında təcrid qalmış Ştralzund Baltik dənizinin sahilində əzəmətli orta əsr dövrünə aid Hanza şəhəridir. Orta Əsrlər dövrünə tamamilə xas olmayan, coğrafi mərkəzə görə təxminən simmetrik olaraq yerləşən Alter Markt (Köhnə Meydan) və Neuer Markt (Yeni Meydan) şəhərin əks tərəfindəki məhəllələrdə yerləşir. Adlarına baxmayaraq, onların inşa edildikləri tarixin bir-birinə yaxın olduğuna ehtimal edilir. Köhnə Meydan ilk dəfə 1277-ci ildə bir sənəddə forum olaraq qeyd olunmuşkən, on ildən qısa bir müddət sonra Yeni Meydan 1285-ci ildə bir sənəddə qeydə alınmışdır. Köhnə meydan həmişə əsas rola malik olmuşdur, lakin hər ikisi formasına, səthinə və hətta paylaşdıqları fəaliyyətlərinə görə bir çox cəhətdən çox oxşar olmuşdur.

Şverin, Almaniya, Meydan

Şverin şəhərindəki Am Markt elə meydan anlamının tərifidir. Şəhərin coğrafi mərkəzində demək olar ki bərabər tərəflərə malik dördbucaq formasındadır. O sanki başından bəri bu nöqtədə dayanmış, kafedraldan Şəhərin İnzibati Mərkəzinə qədər bütün əhəmiyyətli binaları bir araya gətirərək, qala haqqındakı nağıllar kimi uzaq məsafədən bu yerlərə hakim olmuşdur. Şəhərin iqtisadi artımını gücləndirən Henri Lionun zamanından burada ciddi ticarət qaydaları hökm sürür. Hər cür ticarət növü yaxşı əsası qoyulmuş bir yerə malik idi. Məsələn, balıq yalnız meydanın şimal-şərq tərəfində satıla bilərdi; qəssablar üstü örtülü yerlərə malik olmalı idi. Yalnız yerli ticarətçilərə və sənətkarlara bazarda öz mallarını satmağa icazə verilirdi. 1171-ci ildən sonra isə xarici tacirlərə ilin xüsusi bir günündə şəhərə girişə icazə verildi.

Triest, İtaliya, İtaliya Birlik Meydanı

Pyaçça-Qrande və ya Pyaçça-del-Unita-de-İtalia, demək olar ki, 17.000 kvadrat metr sahəsi olan,  bütün Avropanın dəniz mənzərəli ən böyük meydanıdır. Yol və sahil gəzinti yolu ilə ayrılsa da, yoldan keçən biri o biri tərəfdən baxdığında ona elə gəlir ki, sanki meydan və Adriatik dənizinin suları bir-birinə qarışıb. Demək olar ki, bütün əhəmiyyətli küçələrin apardığı həmin nöqtədə Fontana dei Quattro Continenti (Dörd Çay Fəvvarəsi) yerləşir. Onun görüntü çərçivəsini yaradan orada yerləşən iki bayraq dirəyidir. Meydanın tarixi 1252-ci ildə, ilk Palaçço Komunale (Yeni Saray) binasının tikilməsi ilə başlayır, lakin onun bu günkü görünüşü şəhərin Avstriya-Macarıstan İmperiyasının bir hissəsi olduğu 19-cu əsrin ikinci yarısında uğradığı son dəyişiklikləri əks etdirdiyindən daha yenidir. Meydanın ətrafını müəyyən edən nəhəng binaların əksəriyyəti 1858-ci ildən sonra tikilmişdir.