Motovun şəhərindəki (italyanca „Montona”) Andrea Antiko meydanı bu kiçik təpə şəhərcikdə yeganə yastı və düz yerdir. Etrusklar təpələrin zirvəsində şəhərlər salan yeganə insanlar olmayıblar: bu nümunələrə indiki Xorvatiyada yerləşən İstriya Yarımadasında da rast gələ bilərik. Motovun isə dar küçələri və dar məkanlarından səmərəli istifadə edilməsilə meydanlar arasında ən gözəlidir. Qoşa istehkamlarının və şəhər quruluşunun tarixi Venesiya dövrünə aiddir, şəhərin kiçik meydanı isə qalanlarından fərqli olaraq böyük görünür.




