Ston və Mali Ston, Xorvatiya

İki qəsəbə (Kiçik Ston mənasını verən „ Mali Ston”) maraqlı bir sistem meydana gətirir, çünki onlar Avropadakı ən uzun duvarların bəziləri ilə vaxtilə 7 km-dən çox uzunluqda (bu gün isə bunun təxminən 5 km qalmışdır) bir-birinə bağlanmışdır. Divarlar iki qəsəbəni bir-birindən ayıran təpə boyunca enişli yoxuşludur. Mali Ston 1333-cü ildə Dubrovnik qalasını qorumaq məqsədilə müdafiə sisteminin bir hissəsi olaraq qurulmuş, Ston isə düz küçələr, inzibati binalar və yaşayış yerləri ilə aydın şəkildə qurulmuş plana əsasən tikilmiş zamanının ilk yaşayış məntəqələri sırasındadır. Mali Stonda liman, bir çox Aralıq dənizi şəhərlərində də olduğu kimi, ənənəvi olaraq meydan rolunu oynayırdı. Lakin bunun əksinə olaraq, Ston meydanı müstəqil bir məkan olaraq layihələşdirilmişdi və hələ də yaşayış qəsəbənin kənarında dayanmaqdadır.

Nový Jičín, Çexiya Respublikası,Masarykovo náměstí

Olduqca düzənli quruluşundan, bu şəhərin XIII əsrin sonlarında, çox güman ki heçnədən, boş bir torpağın təməlində yarandığı görünür. Təxminən bərabər tərəfləri olan meydanda çox fərqli üslublu tikililər vardır. Alp dağlarının şimalında ən gözəl meydan hesab olunur və hər tərəfi böyük bir yanğının köhnə, əsasən də taxta evləri məhv etməsindən sonra 1503-cü ildə tikilmiş arkalarla əhatələnmişdir. Arkaların məqsədi ticarət stendləri üçün sığınacaq təmin etmək və mazhaus-un (birinci mərtəbədəki böyük otaqlar belə adlandırılırdı) girişini birləşdirmək idi. 1768 və 1773-cü illərdə baş verən digər yanğınlar yenidən meydana mənfi təsirini etdi, buna görə də onların fasadları XIX əsrdə tarixi və neoklassik üslubda yenidən qurulmuşdur. Meydanın mərkəsində 1680-ci ildə vəba epidemiyasının xatirəsinə tikilmiş möhtəşəm bir vəba sütunu dayanır. Burada həmçinin, uşaqların və ticarətin qoruyucu mələyi olan Müqəddəs Nikolayın heykəli və suların hərəkətini simvolizə edən „zamanın çeşməsi” də vardır ki, birlikdə Şəhər Bələdiyyəsi binasındakı saatla harmoniya təşkil edir. Novy Jičín isə meydan evləri arasında Avropanın ən qədim şlyapa fabriki olmuş və binası hazırda öz tarixini əks etdirən bir muzeyə çevirmiş tikililərdən biri olması ilə səciyyəvidir.

Novi-Jicin-Panorama

Obidos, Portuqaliya, Santa Mariya Meydanı

Hər hansı bir orta əsr şəhərinin tipik portreti: divarlarla əhatələnmiş yaşayış məntəqəsinin özü ilə birgə onun daxilindəki meydanı və kafedralı ilə markalanan bir mərkəzinin ətrafında toplanan qapalı, özü-özünü idarə edən, iyerarxik bir dünya. Obidos, bu günə qədər divarlarını qoruyub saxlamış az sayda orta əsr yaşayış məntəqələrindən biridir. Praça de Santa Maria (Santa Mariya Meydanı) şəhərin ən əhəmiyyətli tikililərindən ibarətdir: biri 15-ci əsrə aid olan şaquli fəvvarəyə malik köhnə qapalı meydan Kasa da Pikota və digəri, əlbəttə ki, tarixi baxımdan məşhur olan, V Alfonsonun səkkiz yaşlı əmisi qızı İzabellə evləndiyi yer İqreja de Santa Maria (Santa Mariya Monastırı). 

Penyafyel, İspaniya, Koso Meydanı

Penyafyel şəhəri özünün meydanı ilə deyil, şərabları və ərazisinə hakim olan orta əsr dövrünə aid nəhəng qalası ilə məşhurdur. Hələ də “Plaza del Koso” (Koso Meydanı) həm tarixi, həm də şəhərçilik baxımdan böyük maraq kəsb etmişdir. O, sahəsi 3500 kvadrat metrdən çox olan, asfalt örtüksüz, asma taxta balkonları olan 48 evlə əhatələnmiş çox böyük bir məkandır. Qorunub qalan binalarının tarixi XVIII-XIX əsrlərə dayanır və meydan hələ də Orta Əsrlərdən bu yana əsasən dəyişməz olaraq  qalır. Yay aylarında burada San Roke zamanı buğa döyüşləri yer alır.  Binalar orada yaşayanların xüsusi mülkiyyəti olduğu üçün onların balkonları da hər zaman cəmiyyətin mülkiyyəti hesab edilmişdir və onlardan meydanda gerçəkləşən bu cür şou və ənənələri izləmək səbəbilə istifadə edilmişdir. Plaza del Koso ilk çağlarından bəri bir əyləncə arenası olaraq düşünülmüşdür. Burada nə kafedrala, nə də şəhər ərazisinə rast gəlmək mümkün deyil. Lakin xronoloji olaraq İspaniyada ilk plaza mayor olaraq qəbul edilir.

Terreiro da Se, Porto, Portuqaliya

Terreiro da Se bir paradoksdur. Yalnız köhnə binalarla məhdudlanmasına və sanki əbədi olaraq və ya ən azından orta əsr dövründən bəri burada dayanmış kimi görünən bir meydan olmasına baxmayaraq, onun tarixi sadəcə 1940-cı ilə dayanır və o, kafedralın vurğulanması üçün nəzərdə tutulmuş müasir bir əsərdir. Onun meydanda yer alması üçün bir çox sayda binanın sökülməsinə (və sonra şəhərin digər ərazilərində yenidən tikilməsinə) ehtiyac duyuldu. Mərkəzdəki sütun da yenidir və tarixi munisipalitetin Terreiro da Se üçün öz işini bitirdiyi il ilə eyni vaxta, yəni 1945-ci ilə təsadüf edir.  

Buzet, Xorvatiya, Tito Meydanı

Buzet şəhərində hədsiz dərəcədə kiçik olan kilsə meydanı şəhərin ən yüksək nöqtəsində yerləşir. Bununla belə görünüş əksikliyi də vardır, lakin kiçik perimetri meydandakı bütün binaları olduğundan hündür göstərdiyi üçün, səmanın isə yalnız uzaqda dayanan bir detal kimi görünməsi onun daxili məkanına olan duyğu hissini yüksəldir. Buzet hələ də İstriya Yarımadasında təpə şəhər olaraq qalır və bir zaman Venesiyalılar tərəfindən bölgədə öz hakimiyyətlərinin əsası kimi gücləndirilmişdi. Qəribə səslənən adı İstriya-Rumın dialektindən və “buză” (dodaq) sözündən yaranmışdır.

Palmanova, İtaliya, Böyük Meydan

Palmanova 1593-cü ildə hərbi şəhər olaraq, Venesiyanın müdafiəsi üçün ulduz şəklində inşa edilmiş bir istehkam idi. Venesiya öz tarixində yalnız bir dəfə, yəni 1615-1618-ci illərdə Avstriyalılarla döyüşərkən, ilk savaşını görmüşdür. Şəhərin planı Skamoççi tərəfindən düşünülmüş və bu günə qədər dəyişməz olaraq qalmışdır. Təməl quruluşu doqquz kənarlı bir çoxbucaqlı olsa da, meydanın mərkəzi hər biri birbaşa qala girişinə bağlı olan altı tərəfə malikdir. Meydan içinə açılan altı arteriyanın barrikada edilməsilə təcrid oluna və müdafiə oluna bilər. Lakin buna heç zaman ehtiyac duyulmadı. 

Lissabon, Portuqaliya, IV Pedro Meydanı

Rəsmi olaraq “IV Pedro Meydanı” olaraq adlanmasına baxmayaraq, meydan yerlilər tərəfindən Rossio Meydanı kimi tanınmış və orta əsr dövründən bəri Lissabonun ürəyi hesab edilmişdir. Təxminən 1450-ci ildə meydanın şimal tərəfində bu günkü teatr binasının yerində “Paço dos Estaus” (Estaus Sarayı) tikildi. Əslində xarici mötəbər şəxslərin yerləşdirilməsi üçün nəzərdə tutulan saray, daha sonra İnkvizisiyanın yerinə çevrildi; nəticədə Rossio uzun müddət ictimai edam üçün nəzərdə tutulan bir yerə çevrildi. Onun indiki görünüşü əsasən 1755-ci ildə meydana gələn zəlzələdən sonra Pombal Markizinin əmri ilə memarlar Eugenio dos Santos və Karlos Mardel tərəfindən həyata keçirilən yenidənqurma işləri ilə sıx əlaqəlidir. Tipik Portuqal mozaikalı əsrarəngiz səki XIX əsrdən qalmadır. 1874-cü ildə tikilmiş sütunun başında bu gün meydana rəsmi adını verən Kral IV Pedronun abidəsi ucalır.


Alba Yuliya, Rumıniya, Şəhər Meydanı

Alba Yuliya Avropanın cənub-şərqində ən böyük Voban üslublu qalaya malikdir. O, 1716-1735-ci illər arasında bir zamanlar orta əsr dövrünə aid olan bir qalanın və Roma kastrumunun (qədim Romada hərbi düşərgə)olduğu yerə inşa edilmişdir. İtalyan memarı Covanni Morando Viskonti tərəfindən hazırlanmış və Savoy Şahzadəsi Eugen tərəfindən təsdiqlənmiş bu qala altı zəfər qapısına və yeddi müşahidə qülləsinə malikdir. Ulduzun düz geometrik mərkəzində Voban üslublu qalalara xas olan geniş dördkünclü meydan var.

Udin, İtaliya Azadlıq Meydanı, Matteotti Meydanı

Matteotti Meydanı (Pyaçça Matteotti) şəhərin ikinci ən qədim maydanıdır və daxili istehkamın genişləndirilməsi zamanı tikilmişdir. Azadlıq Meydanı (Pyaçça della Liberta) ilə müqayisədə  daha sadə və daha çox boş məkana sahib olub, yalnız bir tək sütunu və bir fəvvarəsi ilə Azadlıq Meydanındakı visual zənginliklə birgə maraqlı bir kontrast yaradır. 

Sibiu, Rumıniya, Böyük Meydan, Kiçik Meydan

Alman dilində “Großer Ring” adlanan “Pyaça Mare” (Böyük Meydan) haqqında ilk dəfə 14-cü əsrdə bəhs edilmişdir. Bu yer əsas hadisələrə bir səhnə olaraq deyil, eyni zamanda ictimai edamların icra edilməsi üçün nəzərdə tutulan bir yer olaraq xidmət etmişdir. Meydanda tipik Mərkəzi Avropa üslubunda Roland abidəsi, “dəlilər üçün qəfəs” və bu gün katolik kilsəsinin həyətində dayanan Müqəddəs Con Nepomuk sütun var idi. “Pyaça Mikı” və ya Kiçik Meydan əvvəllər şəhər divarlarının kənarında dayanırdı və varlığını Sibiunun ikinci istehkam binasına borclu idi. O dövrdə inşa edilən evlər köhnə müdafiə divarlarının dairəvi yolu ilə düzüldüyündən, meydan binalarının nədən dairəvi şəkil alması aydın olur. Birinci mərtəbədəki arkalarda yerli gildiyalar üçün dükanlar yer almışdı. 

Marafor Meydanı, Azadlıq Meydanı, Poreç, Xorvatiya,

Poreç (İtalyanca Parenzo) şəhərinin ən böyük meydanı Marafor Meydanı öz adını “Mars” (Roma döyüş allahı) və “forum” (qədim Romada ictimai meydanı) sözlərindən almışdır. Əhəmiyyətli Roma kastrumu Poreçin ərazisində yerləşmişdir. Şəhərin ən işlək küçəsi Dekumanus adlanır. Roma şəhərsalma sistemində şərq-qərb istiqamətinə doğru yönələn küçələr dekumanus adlandırılırdı, dekumanus maksimus isə bu növün ana xətti idi. Forum isə əsas şimal-cənub xəttlərinin kəsişdiyi yerin yaxınlığında tikilmişdi və kardo maksimus adlandırılıdrı. Bir qayda olaraq, kardo maksimus və dekumanus maksimus arasında seçim edərkən, kardo əsas rola malik idi. Lakin bəzən iyerarxiya coğrafi səbəblərdən dəyişirdi. Poreçdə baş verənlər məhz budur. Bu orta əsr qala şəhəri öz küçələrini həmin Roma kastrumunun üzərində tikdi və beləcə ən son düzənli görünüşünü əldə etdi. Yarımadanın digər ucunda, daha kiçik və daha yeni olan, eləcə də hal-hazırda yerli xalqın əsas görüş yeri olan Azadlıq Meydanı (Trg Slobode) yer alır.

Poreç, Xorvatiya, Marafor Meydanı, Azadlıq Meydanı

Poreç (İtalyanca Parenzo) şəhərinin ən böyük meydanı Marafor Meydanı öz adını “Mars” (Roma döyüş allahı) və “forum” (qədim Romada ictimai meydanı) sözlərindən almışdır. Əhəmiyyətli Roma kastrumu Poreçin ərazisində yerləşmişdir. Şəhərin ən işlək küçəsi Dekumanus adlanır. Roma şəhərsalma sistemində şərq-qərb istiqamətinə doğru yönələn küçələr dekumanus adlandırılırdı, dekumanus maksimus isə bu növün ana xətti idi. Forum isə əsas şimal-cənub xəttlərinin kəsişdiyi yerin yaxınlığında tikilmişdi və kardo maksimus adlandırılıdrı. Bir qayda olaraq, kardo maksimus və dekumanus maksimus arasında seçim edərkən, kardo əsas rola malik idi. Lakin bəzən iyerarxiya coğrafi səbəblərdən dəyişirdi. Poreçdə baş verənlər məhz budur. Bu orta əsr qala şəhəri öz küçələrini həmin Roma kastrumunun üzərində tikdi və beləcə ən son düzənli görünüşünü əldə etdi. Yarımadanın digər ucunda, daha kiçik və daha yeni olan, eləcə də hal-hazırda yerli xalqın əsas görüş yeri olan Azadlıq Meydanı (Trg Slobode) yer alır.

Zadar, Xorvatiya, Roma Forumu Meydanı

Mevcut Zadar’ın kentsel yapısının, Jül Sezar zamanına dayanmaktadır. M.Ö 59. Zadar şəhərinin bu günkü şəhər quruluşunun kökü Yuli Sezar dövrünə gedib çıxır. E.ə. 59-cu ildə İllirik (və ya İlliriya) əyalətinin yaranmasından qısa zaman sonra burada Roma munisipaliteti yaradıldı. Bu gün inanılması mümkün olmasa da, bir neçə eranın keçməsinə və onu dəyişdirə biləcək ardıcıl məskunlaşmaların olmasına baxmayaraq, şəhərin düzənli quruluşu indiki mövcud şəhərin quruluşunda mükəmməl şəkildə təsbit edilir. Meydan əslində, Adriatik dənizinin şərq sahilində yerləşən, hələ də sütunları və orijinal səkisinin örtükləri görünən ən böyük Roma forumunun (qədim Romada açıq havada yol boyunca salınmış ticarət məqsədli ictimai yer) özüdür.