Sərgi 8 Avropa ölkəsində 20-dən çox yeri gəzdi. Sərgi 2019-cu il ərzində Azərbaycanda (Bakıda iki sərgi: Memarlıq və İnşaat Universiteti və YUNESKO-nun Dünya İrs Siyahısında olan Köhnə şəhərin qülləsi) Gürcüstanda (iki sərgi: Tbilisi Milli Muzeyi və Batumidə Shota Rustaveli Dövlət Universiteti ilə əməkdaşlıqda təşkil edilmişdir), Kozani, Yunanıstan, yerli məkan memarlarının və sərgi sahibinin iştirakı ilə bir iclas keçirildi. 2019-cu ilin sonuna qədər sərgini İspaniyanın Douro çayı vadisindəki Trigueros del Valle orta əsrlər qalasında ziyarət etmək olar. Avropada miras ili olan 2018-ci il çərçivəsindəki layihə bu ölkələrdə təqdim edildi: Rumıniya (Buxarest, Sibiu, Braşov), İspaniya (Salamanca, Valladolid, Campaspero Daş Muzeyi, Torrelobatón Orta əsr qalası, Mucientes), Türkiyə (İstanbul), Bolqarıstan (Sofiya), Yunanıstan (Açıq sərgilər əyani antropoloji eksperimentinin keçirildiyi Aromen yaşayış məntəqələri, Sırako və Kalaritesdəki meydanlarda təşkil edildi). 2017-ci ildə sərgi Polşanın Krakov şəhərində təşkil edilmişdir. 2016-cı ildə Rumıniyada, Suțu Sarayında, Mogoşoaia Sarayında, Vasile Urseanu Astronomiya Rəsədxanasında və Buxarest Universiteti Ədəbiyyat Fakültəsində müxtəlif sərgilər keçirildi.
Bu sərgi Avropanın bazar meydanlarına olan baxış bucağını dəyişməyi təklif edir. Bu, cəsarətli bir ifadə kimi görünə bilər, ancaq ilk növbədə və hər şeydən əvvəl bunu hərfi mənada başa düşmək lazımdır. Professional keyfiyyətli dronlar (hava fotoaparatı) vasitəsilə çəkilmiş fotoşəkillər bir sıra tarixi Avropa şəhərlərində meydanların havadan görünüşünü əks etdirir. Avropanın kənar uclarında yerləşən Lissabon və İstanbul kimi tanınmış paytaxtlardakı məhşur meydanlar, əsrlər əvvəl təməlləri qoyulduğunda mərkəzlərində əkilmiş əfsanəvi çinar ağacları ilə tanınan Pind Dağları ərazisində yerləşən Arumınlar yaşayış məntəqələrindəki daha az tanınan, amma heç də az maraqlı olmayan meydanlarla birlikdə sərgilənmişdir.
Dron fotoqrafçılığı texniki olaraq Fransız dilində “vol d’oiseau” və İngilis dilində “quş gözü ilə görüntü” olaraq adlandıra biləcəyimiz fotoşəkillər ərsəyə gətirir. Bu, texniki və bədii dillərin uğurla kəsişdiyi az saydakı müəssisələrdən biridir. Quş gözü ilə görüntü, demək olar ki, istisnasız və möhtəşəmdir. Bu görüntü eyni zamanda, bir insanın nəyə qadir ola biləcəyini aşılamaq üstünlüyünə malikdir: əzəmətli bir yaradılışın varlığı deməkdir. Beləliklə, sərgi bizim həm də məcazi anlamda meydanlarla bağlı baxış bucağımızı dəyişməyə çalışır.
Bu bəlli bir həqiqətdir ki, meydanlar yaşayış məntəqələrindən uzaqda deyil, daha çox onların mərkəzində yerləşir. Bu, meydanı ətraf mühitlə əlaqələndirdikdə onun əsas xarakterinə və onun həm antropoloji, həm də visual olaraq müəyyənləşdirilməsi üçün ən dəqiq üsuluna gətirib çıxarır. İstər təbii yolla, istərsə də əvvəlcədən qurulmuş diaqramlar və hörmə torlar üzərində yaradılmış və yalnız yuxarıdan görülməsi mümkün olan bu şəhərlərin tərtibatı meydanın məkanı və onu xaricindəki məkan arasındakı fundamental sıxlığı göz önündə sərgiləyir. Qapalı məkana qarşı açıq məkan. Hərəkətsiz məkana qarşı hərəkətli məkan. İnsanlar üçün olan şəhərlər haqqında Jan Qehl şəhərin iki hissəsi arasındakı fərqi belə təsvir edir: ”Küçələr orada hərəkət etmək fikrini doğurursa – “buyurun, davam edin!” – psixoloji düşüncə baxımından meydanlar orada asudə vaxt keçirmək üçündur. Dolaşım məkanları bizdən yalnız hərəkət etməyimizi istəyir. Meydanlar isə deyir ki, gəlin dayanın və burada vaxtilə nələrin baş verdiyinə şahid olun! Həm ayaqlar, həm də gözlər tarix və şəhərsalma üzərində öz silinməz izlərini qoymuşdur. Şəhər memarlığının əsas vahidləri hərəkət məkanları – yəni küçələr və onu bizə tanıdan məkanlarıdır – yəni meydanlar”.