Avropa meydanları

Avrupa meydanlarındaki yaşam, şehirden şehre, ülkeden ülkeye, kültürden kültüre Avropa meydanlarında həyat şəhərdən şəhərə, ölkədən ölkəyə, mədəniyyətdən mədəniyyətə fərqlidir. Gecənin yarısına doğru yoldan keçən son insanlar, Şimali Almaniya şəhərlərinin meydanlarından olduqca tələsik keçib evlərinə gedərkən, İber yarımadasındakı meydanlar hələ də sevinc və səs-küylə dolu,  insanları isə sabah heç bir işlərinin olmadığı təəssüratını verir. Meydandakı izdiham gecə yarısından sonra daha bir neçə saat davam edir. Şübhəsiz ki, Avropa qitəsindəki ən canlı meydan şousunu İspaniya şəhərləri təklif edir. Qışda şimal ilə cənub arasındakı ziddiyyət bu baxımdan mülayimdir, çünki şimal meydan bazarlarında Milad yarmarkaları olur və cənub bazarları, baxmayaraq ki,  yayda olduğundan daha boşdur həmçinin onlar da qazanırlar. Ölkəsindən asılı olmayaraq, bir Avropa şəhərinin meydanı fəsildən fəsillə fərqli ritm və rituallar yaşayır, fərqli görünüşlər qazanır.

Şəhər meydanlarını bütün Avropada tapa bilərsiniz və saytımız bütün qitənin meydanlarını təqdim etməkdədir.Bununla yanaşı, Avropa meydanlar baxımından bir sıra imtiyazlı sahələrə malikdir. Aralıq dənizinin cənubu mükəmməldir, iqlimi əlverişlidir, amma unutmayaq ki, Baltik sahillərində cənub bölgələrindən daha az tanınan və diqqətimizə layiq olan müstəsna meydanlar da vardır. Şimal və cənub arasında açıq bir fərq var, ancaq meydanlar daha yaxşı qruplaşdırılmışdır. Onları xəritədə yerləşdirməyə vaxt ayıranlar gözəl, estetik cəhətdən maraqlı və ya hekayələri olan meydanların əslində Avropanın müxtəlif yerlərində yerləşdiklərini və hətta bir-birləri ilə bir növ “şəbəkə” yaratdıqlarını görəcəklər. İnternet icad olunmazdan xeyli əvvəl şəhərləri birləşdirən və oxşar şəhər sistemlərini yaradan görünməz əlaqə mövcud idi. Bir-birlərindən nə qədər fərqli olsalar da, meydanlarda onların funksiyalarından tutmuş insanların həyat tərzlərinə qədər ortaq bir nöqtə vardır.

Mükəmməlliyi ilə İtaliya meydanlar ölkəsidir. Şah əsərləri sayılan demək olar ki, bütün meydanlar Romanın şimalındakı şəhərlərdə yerləşir. Burada naməlum və ya çox az bilinən deyə biləcəyiniz bir meydan tapa bilməzsiniz.Ancaq saytdakı seçimdə turistlər tərəfindən daha az gəzilən, lakin Palmanova kimi şəhər tarixi üçün çox maraqlı olan bəzi meydanları vurğulamağa çalışdım. Başqa misal, Pitigliano-dakı meydanı göstərə bilərəm, bu o qədərdə maraqlı olmayan,lakin vulkanik çöküntü qayası üzərindəki yüksəklikdə, kiçik orta əsr şəhərciyinin çox yaxşı qurulmuş bir məkan kontekstidir. Şimali İtaliyadakı meydanların sayı çoxdur, hətda şəhərlərə nisbətən daha çoxdur, çünki şəhərlər tək bir meydan deyil, meydan sistemlərinə sahibdirlər. Digər tərəfdən, İtaliyanın cənub hissəsində daha az gözəl meydanlar da  vardır, ancaq burada əhəmiyyətli istisnalar mövcuddur.     

Adriatikin digər tərəfində, Dalmatiya sahilləri boyunca şəhərlərin meydanlarına Venesiya meydanının bir uzantısı kimi baxmaq lazımdır. Dalmatiya sahili meydanlar baxımından kifayət qədər şərh edilməyən bir ərazidir. Buradakı şəhərlər Venesiya mülkləri idi, ancaq digər mədəniyyətlərlə, xüsusən Cənubi Slavyan şəhərləri ilə qarşılaşma, meydanlarına tamamilə möhtəşəm yerli nüanslar qazandırdı. Sloveniya, Xorvatiya və Monteneqro bu şəhərləri bölüşür, lakin digər Balkan ölkələrində də maraqlı meydanlar tapmaq mümkündür.

Alp dağlarının şimalında, Mərkəzi Avropada, keçmiş Avstriya-Macarıstan İmperiyası ərazisində, maraqlı şəhər meydanlarının sayı yenə də çoxdur. Buradakı tarixi meydanlar İtaliyadakı meydanlardan bir neçə əsr sonra ortaya çıxdı və italyan meydanlarının böyük təsirinə məruz qalsalar da, onların özünəməxsus bir cizgiyə və özəlliyə sahib olduğunu görmək mümkündür. Keçmiş Avstriya-Macarıstan İmperiyasının ərazisində belə bölgü yeganə deyil və paradoksal olaraq, güc mərkəzi olan Avstriya ən maraqlı və ya ən çox meydanı olan ölkə deyil. Çexiya hökumətinin memarlıq rezervasyonları tərəfindən elan edilmiş və qanunla qorunan Bohemiya və Moravia’nın təxminən 40 tarixi şəhəri geniş və çox gözəl bir meydan ətrafında inkişaf edir. Buradakı meydanların bu qədər az tanınması haqsızlıqdır. Slovakiya, Sloveniya, Macarıstan və ya Rumıniyada şəhərlər eyni “model” in tərkib hissəsi olan meydanlara sahibdirlər, lakin bu ölkələrdə onların sayı daha azdır. Bu Mərkəzi Avropa şəhərlərinin demək olar ki, hamısı əslində erkən orta əsrlərdə buraya gələn alman köçkünlərinin qalaları olmuşdur. Paradoksal olaraq, bu Mərkəzi Avropa şəhərlərinin meydan sistemi Almaniyanın özündə olan şəhərlərdən daha “inkişaf etmiş” vəziyyətdədir. Ancaq Almaniya, II. İkinci Dünya Müharibəsindəki bombalara baxmayaraq, Harz dağlarında orta əsr meydanları kimi çox maraqlı meydanları olan bəzi xüsusi ərazilərini saxlamaqdadır.   

Meydanlar baxımından başqa bir imtiyazlı sahə, artıq adını qeyd etdiyimiz İber yarımadasıdır. İspaniya və Portuqaliya “dinamik” meydanlara sahib ölkələrdir.

Bununla belə, meydanların yaxın tarixinin “mədəni idxal” olduğu halda, 19 və 20-ci əsrdə qurulmuş meydanlar, məsələn Qara dəniz və Xəzər dənizi arasındakı Qafqaz şəhərləri, tarixi və yerli adət-ənənələri əhatə edən çox maraqlı bir sintez təşkil edir. Gürcüstanın paytaxtı Tiflisdə, İpək Yolundakı köhnə karvan dayanacağı bu gün Meidan Meydanı və ya Vahtang Qorqasalının yerləşdiyi yerdir.

Daim yeni şəkillər və mətnlərlə zənginləşdirilən hər hansı bir seçimdə olduğu kimi saytımızdakı seçim də ədalətsiz və natamamdır.