Poreç (İtalyanca Parenzo) şəhərinin ən böyük meydanı Marafor Meydanı öz adını “Mars” (Roma döyüş allahı) və “forum” (qədim Romada ictimai meydanı) sözlərindən almışdır. Əhəmiyyətli Roma kastrumu Poreçin ərazisində yerləşmişdir. Şəhərin ən işlək küçəsi Dekumanus adlanır. Roma şəhərsalma sistemində şərq-qərb istiqamətinə doğru yönələn küçələr dekumanus adlandırılırdı, dekumanus maksimus isə bu növün ana xətti idi. Forum isə əsas şimal-cənub xəttlərinin kəsişdiyi yerin yaxınlığında tikilmişdi və kardo maksimus adlandırılıdrı. Bir qayda olaraq, kardo maksimus və dekumanus maksimus arasında seçim edərkən, kardo əsas rola malik idi. Lakin bəzən iyerarxiya coğrafi səbəblərdən dəyişirdi. Poreçdə baş verənlər məhz budur. Bu orta əsr qala şəhəri öz küçələrini həmin Roma kastrumunun üzərində tikdi və beləcə ən son düzənli görünüşünü əldə etdi. Yarımadanın digər ucunda, daha kiçik və daha yeni olan, eləcə də hal-hazırda yerli xalqın əsas görüş yeri olan Azadlıq Meydanı (Trg Slobode) yer alır.






