Language switcher

Avila, İspaniya, Plaza del Merkado Çico

Sanki, Roma forumu vaxtilə bölgədə əhalinin yenidən məskunlaşdığı, 11-ci əsrin sonunda cəmiyyətin mərkəzinə çevrilən Plaza del Merkadonun yerində dayanırdı. Orta əsrlərdə o, plaza porticada, yəni sütunlarla sərhədlənən bir meydan idi. Burada həftəlik yarmarkalar, buğa döyüşlərinin və dini mərasimlər keçirilirdi. Meydan həmçinin, kraliyyət qəbullarının, eyni zamanda baş kəsmə mərasimlərinin məkanı idi. XV əsrdə San Juan kilsəsinin qarşısında, Torquemadanın hüzurunda dinini dəyişən yəhudilər odda yandırılırdılar. Plaza del Merkado Çiko dünyəvi və dini güc arasında mübarizəni əks etdirən maraqlı bir haldır. Meydanın cənub tərəfindəki San Juan kilsəsinin mövcudluğu kilsənin yarısının bu halı iddia etməsi ilə nəticələndi. Sonda şəhər məclisi 1770-ci ildə adi bir meydan inşa eilməsinə səs verdi. İnşaat çox zəif gedirdi, belə ki, San Juan kilsəsini örtən sütunların inşasının və Plaza del Merkado Çhiko meydanının şəhər bələdiyyəsinə çevrilməsi işlərinin aparılması ilə əlaqədar tamamlanması yalnız 1870-ci ildə yekunlaşdı.