Kroměříž, Çexiya Respublikası, Velké náměstí

Kroměříž şəhərinin adına ilk dəfə 1110-cu ildə rast gəlinmişdir. Böyük bir meydanı vardır. Meydanın mərkəz nöqtəsi vəba epidemiyasının sonunu qeyd etmək üçün 1680-ci ildə qurulmuş barok stillii sütunudur. Yanında şəhərin su təchizatı sisteminin bir hissəsi olan, lakin bir neçə dəfə dəyişən 1665-ci ilə aid bir çeşmə vardır. Bələdiyyə binası və intibah dövrünə aid uzun cərgədə evlər və Art Nouveau fasadları olan evlər meydanı əhatə edir. Ancaq ən təsiredici bina möhtəşəm və görkəmli bağçaları ilə YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Yepiskop Saraydır.