Alman dilində „Zlabings” adlandırılan və ilk dəfə 1260-cı ildə xatırlanan Slavoniçe Avstriya sərhədindən bir kilometr kənarda yerləşir. Onun coğrafi mövqeyi, müəyyən mənada, onun öz arxitekturasını qorumaq üçün bir şans olmuşdu. XIV-XVII əsrlərdəki tərəqqi dövründən sonra Praqanı Venesiyaya bağlayan yeni ticarət yolları artıq şəhərdən keçmədiyi üçün iqtisadi inkişaf tempi yavaşlamağa başlayır. Bu, onun İntibah dövrü arxitekturasının və ilkin yerləşmə eskizinin qorunmasını mümkün etmişdir. Şəhərin planı bir-biri ilə qarşılıqlı bağlılığı olan iki meydana görə atipikdir: Sülh Meydanı üçbucaqlıdır, Yuxarı Meydan isə uzanaraq bir kilsənin kənarlarına qədər genişlənmişdir. Qotik dövrünün sonundan və İntibah dövründən qalma bir çox sayda binalar praktik olaraq pozulmayıb, bir çox fasadlar isə xüsusi sqraffito (cızma) tipli naxışlarla bəzədilmişdir. 1945-ci ildən sonra hazırda sərhədə çox yaxın olan şəhər, hakimiyyət orqanları tərəfindən qəsdən boşaldılmış və beləcə yerində Sosialist tərzli mənzillər salınmaqla qorunub saxlanmışdır. Sonrakı illərdə şəhər yenilənmiş və incəsənət müstəmləkəsinə çevrilmişdir.







