Baltik dənizində bir liman olan Vismar XVIII və XIX əsrlərdə Hansa Birliyinin bir hissəsi olaraq çiçəkləndi. 10 min kvadratmetr sahəsi ilə şəhərin mərkəzi meydanı olan Am Markt Almaniyanın şimalındakı ən böyük və ən gözəl yerlərdən biridir. Binaları şimali Qotik üslubuna aid, XIV əsrə xas qırmızı kərpicli evlərdən tutmuş XX əsrin əvvələrində Art Nouveau tərzli neoklassik fasadlara kimi memarlığın müxtəlif üslublarını əks etdirir. Meydanın mərkəz nöqtəsi 1602-ci ildə Hollandiyadan gətirilən zəngin metal bəzəkləri olan Vasserkunst çeşməsidir. Meydanın bu tərzdə ən qədim yerlərindən biri, 1380-ci ildən qalma Alter Şvede adlanan qırmızı kərpicli zadəgan evlərindən biri də izləyicisini özünə heyran edə bilər.