Nový Jičín, Çexiya Respublikası,Masarykovo náměstí

Olduqca düzənli quruluşundan, bu şəhərin XIII əsrin sonlarında, çox güman ki heçnədən, boş bir torpağın təməlində yarandığı görünür. Təxminən bərabər tərəfləri olan meydanda çox fərqli üslublu tikililər vardır. Alp dağlarının şimalında ən gözəl meydan hesab olunur və hər tərəfi böyük bir yanğının köhnə, əsasən də taxta evləri məhv etməsindən sonra 1503-cü ildə tikilmiş arkalarla əhatələnmişdir. Arkaların məqsədi ticarət stendləri üçün sığınacaq təmin etmək və mazhaus-un (birinci mərtəbədəki böyük otaqlar belə adlandırılırdı) girişini birləşdirmək idi. 1768 və 1773-cü illərdə baş verən digər yanğınlar yenidən meydana mənfi təsirini etdi, buna görə də onların fasadları XIX əsrdə tarixi və neoklassik üslubda yenidən qurulmuşdur. Meydanın mərkəsində 1680-ci ildə vəba epidemiyasının xatirəsinə tikilmiş möhtəşəm bir vəba sütunu dayanır. Burada həmçinin, uşaqların və ticarətin qoruyucu mələyi olan Müqəddəs Nikolayın heykəli və suların hərəkətini simvolizə edən „zamanın çeşməsi” də vardır ki, birlikdə Şəhər Bələdiyyəsi binasındakı saatla harmoniya təşkil edir. Novy Jičín isə meydan evləri arasında Avropanın ən qədim şlyapa fabriki olmuş və binası hazırda öz tarixini əks etdirən bir muzeyə çevirmiş tikililərdən biri olması ilə səciyyəvidir.

Novi-Jicin-Panorama

Palmanova, İtaliya, Böyük Meydan

Palmanova 1593-cü ildə hərbi şəhər olaraq, Venesiyanın müdafiəsi üçün ulduz şəklində inşa edilmiş bir istehkam idi. Venesiya öz tarixində yalnız bir dəfə, yəni 1615-1618-ci illərdə Avstriyalılarla döyüşərkən, ilk savaşını görmüşdür. Şəhərin planı Skamoççi tərəfindən düşünülmüş və bu günə qədər dəyişməz olaraq qalmışdır. Təməl quruluşu doqquz kənarlı bir çoxbucaqlı olsa da, meydanın mərkəzi hər biri birbaşa qala girişinə bağlı olan altı tərəfə malikdir. Meydan içinə açılan altı arteriyanın barrikada edilməsilə təcrid oluna və müdafiə oluna bilər. Lakin buna heç zaman ehtiyac duyulmadı. 

Lissabon, Portuqaliya, IV Pedro Meydanı

Rəsmi olaraq “IV Pedro Meydanı” olaraq adlanmasına baxmayaraq, meydan yerlilər tərəfindən Rossio Meydanı kimi tanınmış və orta əsr dövründən bəri Lissabonun ürəyi hesab edilmişdir. Təxminən 1450-ci ildə meydanın şimal tərəfində bu günkü teatr binasının yerində “Paço dos Estaus” (Estaus Sarayı) tikildi. Əslində xarici mötəbər şəxslərin yerləşdirilməsi üçün nəzərdə tutulan saray, daha sonra İnkvizisiyanın yerinə çevrildi; nəticədə Rossio uzun müddət ictimai edam üçün nəzərdə tutulan bir yerə çevrildi. Onun indiki görünüşü əsasən 1755-ci ildə meydana gələn zəlzələdən sonra Pombal Markizinin əmri ilə memarlar Eugenio dos Santos və Karlos Mardel tərəfindən həyata keçirilən yenidənqurma işləri ilə sıx əlaqəlidir. Tipik Portuqal mozaikalı əsrarəngiz səki XIX əsrdən qalmadır. 1874-cü ildə tikilmiş sütunun başında bu gün meydana rəsmi adını verən Kral IV Pedronun abidəsi ucalır.


Alba Yuliya, Rumıniya, Şəhər Meydanı

Alba Yuliya Avropanın cənub-şərqində ən böyük Voban üslublu qalaya malikdir. O, 1716-1735-ci illər arasında bir zamanlar orta əsr dövrünə aid olan bir qalanın və Roma kastrumunun (qədim Romada hərbi düşərgə)olduğu yerə inşa edilmişdir. İtalyan memarı Covanni Morando Viskonti tərəfindən hazırlanmış və Savoy Şahzadəsi Eugen tərəfindən təsdiqlənmiş bu qala altı zəfər qapısına və yeddi müşahidə qülləsinə malikdir. Ulduzun düz geometrik mərkəzində Voban üslublu qalalara xas olan geniş dördkünclü meydan var.

Sibiu, Rumıniya, Böyük Meydan, Kiçik Meydan

Alman dilində “Großer Ring” adlanan “Pyaça Mare” (Böyük Meydan) haqqında ilk dəfə 14-cü əsrdə bəhs edilmişdir. Bu yer əsas hadisələrə bir səhnə olaraq deyil, eyni zamanda ictimai edamların icra edilməsi üçün nəzərdə tutulan bir yer olaraq xidmət etmişdir. Meydanda tipik Mərkəzi Avropa üslubunda Roland abidəsi, “dəlilər üçün qəfəs” və bu gün katolik kilsəsinin həyətində dayanan Müqəddəs Con Nepomuk sütun var idi. “Pyaça Mikı” və ya Kiçik Meydan əvvəllər şəhər divarlarının kənarında dayanırdı və varlığını Sibiunun ikinci istehkam binasına borclu idi. O dövrdə inşa edilən evlər köhnə müdafiə divarlarının dairəvi yolu ilə düzüldüyündən, meydan binalarının nədən dairəvi şəkil alması aydın olur. Birinci mərtəbədəki arkalarda yerli gildiyalar üçün dükanlar yer almışdı. 

Plaza Mayor from Valladolid, Spain

One of the largest in Spain, the Plaza Mayor in Valladolid has a perfectly rectangular shape, with a length of 122 meters and a width of 82 meters, establishing a 3 x 2 proportion. It is the first square of its type built in Spain, closed and with a regular plan. It will serve as the model for the central square in Madrid, built in 1617, and for the one in Salamanca, built in 1729, where the Valladolid architectural and urban pattern reaches its perfection. A long series of squares in Spain and South America are inspired by these latter two, thus indirectly pointing to the square in Valladolid.On the 21st of September 1561, a widespread fire engulfs Valladolid and burns for three days. The disaster is nonetheless a chance for applying new urban ideas. The project of the new square follows the principles of Renaissance balance and symmetry. The square is thought as a closed, rectangular space, completely hollow in the middle, with entrances through porticoes. The architect Francisco de Salamanca projects identical, mirror façades. Behind them there are living spaces for the functionaries and the members of the guilds. On the ground floor, all around the square, one finds a colonnade.

Wismar, Almaniya, Am Markt

Baltik dənizində bir liman olan Vismar XVIII və XIX əsrlərdə Hansa Birliyinin bir hissəsi olaraq çiçəkləndi. 10 min kvadratmetr sahəsi ilə şəhərin mərkəzi meydanı olan Am Markt Almaniyanın şimalındakı ən böyük və ən gözəl yerlərdən biridir. Binaları şimali Qotik üslubuna aid, XIV əsrə xas qırmızı kərpicli evlərdən tutmuş XX əsrin əvvələrində Art Nouveau tərzli neoklassik fasadlara kimi memarlığın müxtəlif üslublarını əks etdirir. Meydanın mərkəz nöqtəsi 1602-ci ildə Hollandiyadan gətirilən zəngin metal bəzəkləri olan Vasserkunst çeşməsidir. Meydanın bu tərzdə ən qədim yerlərindən biri, 1380-ci ildən qalma Alter Şvede adlanan qırmızı kərpicli zadəgan evlərindən biri də izləyicisini özünə heyran edə bilər.

Timișoara, Ruminiya, Union Square, Liberty Square

1716-cı ildə Savoy Eugene qoşunları Türklərə qalib gələrək Timişoaranı fəth edirlər. Avstriyalılar burada Avropanın ən böyük qalalarından birini inşa etməyə qərar verirlər. İstehkamları 19-cu əsrdə söküləcəkdi, lakin tipik Mərkəzi-Avropa üslubunda tikilmiş iki çox gözəl meydanı qalmaqdadır.

Srayevo, Bosniya və Herseqovina, Başçarşı

Başçarşı, Bosniyaya təyin olunan Türk Valisi İshakoğlu İsa Bəyin Sarayevo şəhərinin əsası qoyduğu tarixə, 15-ci əsrə aiddir. Şərq şəhər ənənəsinə uyğun olaraq, şəhərlərdə meydanlar deyil, bazarlar olurdu. Başçarşı məhz bu mənanı verir və bu yer şəhərin ticari, idari və mədəni mərkəzi kimi xidmət etmişdir. Burada, dükanlar, kitabxana, saat qülləsi və mehmanxanalarla birgə məscidlər də tikilmişdi… Sarayevo 1878-ci ildə Avstriya-Macarıstanın bir hissəsinə çevrildikdən sonra, yeni hökmdarlar onun Avropa stilli şəhərə çevrilməsini planlaşdırdılar. Lakin yaranan bir yanğın memarların planlarına və 16-cı əsrdə bazarın mərkəzi məkanına hakim olan minarənin bir meydana çevrilməsinə „kömək etdi”. Bu gün bu yer qeyri-rəsmi olaraq “Göyərçin Meydanı” kimi tanınır.

Ştralzund, Almaniya, Köhnə Meydan, Yeni Meydan

Qırmızı kərpicli Qotik üslublu kilsələrlə sular arasında təcrid qalmış Ştralzund Baltik dənizinin sahilində əzəmətli orta əsr dövrünə aid Hanza şəhəridir. Orta Əsrlər dövrünə tamamilə xas olmayan, coğrafi mərkəzə görə təxminən simmetrik olaraq yerləşən Alter Markt (Köhnə Meydan) və Neuer Markt (Yeni Meydan) şəhərin əks tərəfindəki məhəllələrdə yerləşir. Adlarına baxmayaraq, onların inşa edildikləri tarixin bir-birinə yaxın olduğuna ehtimal edilir. Köhnə Meydan ilk dəfə 1277-ci ildə bir sənəddə forum olaraq qeyd olunmuşkən, on ildən qısa bir müddət sonra Yeni Meydan 1285-ci ildə bir sənəddə qeydə alınmışdır. Köhnə meydan həmişə əsas rola malik olmuşdur, lakin hər ikisi formasına, səthinə və hətta paylaşdıqları fəaliyyətlərinə görə bir çox cəhətdən çox oxşar olmuşdur.

Şverin, Almaniya, Meydan

Şverin şəhərindəki Am Markt elə meydan anlamının tərifidir. Şəhərin coğrafi mərkəzində demək olar ki bərabər tərəflərə malik dördbucaq formasındadır. O sanki başından bəri bu nöqtədə dayanmış, kafedraldan Şəhərin İnzibati Mərkəzinə qədər bütün əhəmiyyətli binaları bir araya gətirərək, qala haqqındakı nağıllar kimi uzaq məsafədən bu yerlərə hakim olmuşdur. Şəhərin iqtisadi artımını gücləndirən Henri Lionun zamanından burada ciddi ticarət qaydaları hökm sürür. Hər cür ticarət növü yaxşı əsası qoyulmuş bir yerə malik idi. Məsələn, balıq yalnız meydanın şimal-şərq tərəfində satıla bilərdi; qəssablar üstü örtülü yerlərə malik olmalı idi. Yalnız yerli ticarətçilərə və sənətkarlara bazarda öz mallarını satmağa icazə verilirdi. 1171-ci ildən sonra isə xarici tacirlərə ilin xüsusi bir günündə şəhərə girişə icazə verildi.

Markt from Naarden, Netherlands

There is nothing spectacular about the Naarden square. It is an irregular, not particularly large space, unfolding around Grote Kerk, a red brick church built in the northern Gothic style of the 15th century, dedicated to St. Vitius before the Protestant Reformation. Nevertheless, this church is among the oldest in the Netherlands, surviving a fire after the Spanish invasion of 1557. In the square, to one side of the church, lies the statue of Comenius, who was born in Naarden. At one corner of the square there is a Renaissance-style city hall, decorated with allegorical human figures. Even if this square is nothing special, as a whole it is spectacular. Markt is the centre of a star-shaped fort, surrounded by a double row of water ditches.

Amersfoort, Niderland, Marktplein de Hof

Şəhər zamanla daim dəyişən sərhəd izlərini saxlayır. Mərkəzin ətrafındakı divarlar XV əsrdə sökülmüş, ancaq gildən hazırlanmış “muurhuizen” adlanan ev divarları hələ də köhnə şəhər sərhədlərini göstərməkdədir. Köhnə şəhər xaricində, onun əsas yollarının üzərində, şəhərətrafı ərazilər inkişaf etmişdir. Vaxt keçdikcə onlar və şəhər arasındakı boşluq dolduruldu, sonradan şəhər magistral yolun kənarlarına doğru genişləndi. Marktplein de Hof meydanı mərkəzdə qaldı.

Dubrovnik, Xorvatiya, Trg Luža, Gundulićeva poljana

Dubrovnikin böyük meydanı olan Trg Luza, qalanı qərbdən şərqə kəsərək keçən  Stradun və ya Placa adlanan ən geniş arteriyanın sonunda yerləşir. Kənarının hər biri   qapı və meydan ilə işarələnməklə, qalaya giriş nöqtəsini təmsil edir. Havadan çəkilən fotoşəklindən də aydın göründüyü kimi, quruluşu şəhərin vaxtilə tikilmiş olduğu tərzə uyğundur. On əsr əvvəl, Stradunun hazırkı yolu, bir adada yaranan Yunan-Roma əsilli Ragusa koloniyasını qitədə yaşayan Slavyanların məskunlaşdığı  Dubrva qəsəbəsindən ayıran bir kanal idi. XI əsrdə kanal tıxanır və iki icma birləşir, lakin bir-birilərinə qarşı rəqabət və qarşılıqlı hörmətsizlik heç vaxt bitmir. Sinoykizm prosesinin klassik sxeminə uyğun olaraq, əsas meydan iki icma arasındakı coğrafi təmas nöqtəsində formalaşmışdı. Trg Luza bu şəkildə meydana gəldi və ən vacib tarixi binaların məskənidir: Orlandonun heykəli, Pastorun Sarayı, Sponza Sarayı, Saat Qülləsi, Onufrnin Kiçik Bulağı. Bulağın olduğu küçə Luza meydanını 1667-ci il zəlzələsindən sonra tikilmiş şəhərin ikinci ən vacib meydanı olan Gunduliceva Poljana ilə birləşdirir. Ayrı-ayrılıqda planlaşdırılsalar da, bu iki meydan bir sistem təşkil edir.