Srayevo, Bosniya və Herseqovina, Başçarşı

Başçarşı, Bosniyaya təyin olunan Türk Valisi İshakoğlu İsa Bəyin Sarayevo şəhərinin əsası qoyduğu tarixə, 15-ci əsrə aiddir. Şərq şəhər ənənəsinə uyğun olaraq, şəhərlərdə meydanlar deyil, bazarlar olurdu. Başçarşı məhz bu mənanı verir və bu yer şəhərin ticari, idari və mədəni mərkəzi kimi xidmət etmişdir. Burada, dükanlar, kitabxana, saat qülləsi və mehmanxanalarla birgə məscidlər də tikilmişdi… Sarayevo 1878-ci ildə Avstriya-Macarıstanın bir hissəsinə çevrildikdən sonra, yeni hökmdarlar onun Avropa stilli şəhərə çevrilməsini planlaşdırdılar. Lakin yaranan bir yanğın memarların planlarına və 16-cı əsrdə bazarın mərkəzi məkanına hakim olan minarənin bir meydana çevrilməsinə „kömək etdi”. Bu gün bu yer qeyri-rəsmi olaraq “Göyərçin Meydanı” kimi tanınır.