Əvvəlcə Kelt, sonra Roma, daha sonra Slavyan qəsəbəsi olub, sonralar isə Türklər tərəfindən idarə olunan Vidin meydanı Dunay çayı sahilindədir. Meydan yeni və mükəmməl Sosialist Realizmi dövrü üçün xarakterikdir. Mərkəzində İkinci Dünya Müharibəsində həlak olan 3-cü Vidin alayının əsgərlərinə həsr olunmuş abidə yerləşir.
Città di Castello qədim Umbriya yaşayış qəsəbəsində, Tiber çayının bərəkətli sahillərində yerləşir. Çiçəklənmə dövründə ucaldılmış binaların böyük bir hissəsini özündə saxlayan qəsəbə iki mərkəzi meydanının olması ilə qeyri-adi hala malikdir. Bütün tarixi boyu eyni dərəcədə vacib olan Piazza Gabriotti və Piazza Matteotti, bir zamanlar Piazza delle Donne və Piazza Vitelli adlandırılmışdır və yerli sakinlər tərəfindən Yuxarı Meydan və Aşağı Meydan kimi tanınmışdır. Aşağı meydanda yerləşən kafedral silindrik zəng qülləsinə sahibdir və yerli yepiskop, şəhərin qoruyucusu hesab olunan müqəddəs San Floridonun adını daşıyır. VI əsrdə San Florido qəsəbənin Ostroqotiklər tərəfindən məhvindən sonra onun bərpasına himayədarlıq etdi. Bələdiyyə binası 14-cü əsrə aiddir və qonşu meydanda yerləşən Palazzo del Podesta tikilisini də inşa edən Angelo da Orvietonun sənət işidir. Torre Civica cəmiyyətin ortaq gücünün rəmzidir.
Sanki, Roma forumu vaxtilə bölgədə əhalinin yenidən məskunlaşdığı, 11-ci əsrin sonunda cəmiyyətin mərkəzinə çevrilən Plaza del Merkadonun yerində dayanırdı. Orta əsrlərdə o, plaza porticada, yəni sütunlarla sərhədlənən bir meydan idi. Burada həftəlik yarmarkalar, buğa döyüşlərinin və dini mərasimlər keçirilirdi. Meydan həmçinin, kraliyyət qəbullarının, eyni zamanda baş kəsmə mərasimlərinin məkanı idi. XV əsrdə San Juan kilsəsinin qarşısında, Torquemadanın hüzurunda dinini dəyişən yəhudilər odda yandırılırdılar. Plaza del Merkado Çiko dünyəvi və dini güc arasında mübarizəni əks etdirən maraqlı bir haldır. Meydanın cənub tərəfindəki San Juan kilsəsinin mövcudluğu kilsənin yarısının bu halı iddia etməsi ilə nəticələndi. Sonda şəhər məclisi 1770-ci ildə adi bir meydan inşa eilməsinə səs verdi. İnşaat çox zəif gedirdi, belə ki, San Juan kilsəsini örtən sütunların inşasının və Plaza del Merkado Çhiko meydanının şəhər bələdiyyəsinə çevrilməsi işlərinin aparılması ilə əlaqədar tamamlanması yalnız 1870-ci ildə yekunlaşdı.
Alman dilində Leutschau və Macar dilində Lőcse adlanan Levoča tarixi Spiš’ regionunun paytaxtı olmuş və Mərkəzi Avropanın ən böyük meydanlarından birinə sahibdir. Şəhər demək olar ki, dəyişməyib. 50-yə qədər köhnə evləri olmaqla və onlar arasında bir neçəsinin fasadları rənglənməklə, yalnız bir və ya iki müasir müdaxiləyə məruz qalmışdır. Hələ də daşlarla hörülmüş qəsəbənin nisbətlərini və formasını daha kiçik ölçüdə göstərən düzbucaqlı meydanın mərkəzində dünyanın ən hündür taxta oyma qurbangahı olan Müqəddəs Yakob kilsəsi yerləşir. Son Qotik stilində tikilmiş bu yer 1550-ci ildə şəhər arxivlərini məhv edən yanğın zamanı, haqqında demək olar ki, bütün məlumatları itmiş Paul adlı istedadlı və sirli bir sənətkarın əsəridir. Bununla belə, meydan bu gün də onun adını daşıyır. Majstra Pavla Meydanında Slovakiyanın intibah dövr memarlığının ən uğurlu nümunələrindən biri olan 1550-ci ildəki yanğından sonra yenidən tikilən bələdiyyə binası yerləşir. Bundan başqa XVI əsrdə günahkarların cəmiyyət qarşısında nümayiş etdirilməsi üçün bağlandıqları utanc qəfəsi mövcuddur.
This historic town has Plaza Mayor as its nucleus, for all the streets begin here, leading to the gates out of the citadel, whose walls are still reasonably well-kept even today. The City Hall building, dating from the 16th century, is known for El abuelo Mayorga, a funny human figurine who, every half hour, strikes the building’s bell with its hammer. This figure has become the symbol of the town, with many real and imagined tales linked to it. Of different heights, built in different epochs and in different styles, the buildings which define the square perimeter make up an imposing whole, with an unexpectedly unitary personality. Plaza Mayor in Plasencia is one of the least known, but still very beautiful squares in Spain.
Bura Buxarestdəki ən əhəmiyyətli meydanlardan biridir, böyük bir kəsişmənin Haussman modelindən təsirlənmiş bir formasıdır. XV əsrin sonlarında şəhərin ucqar kənarında yerləşirdi, lakin günümüdə əsasən Buxarestin mərkəzi meydanı rolunu oynayır və yaxın tarixində bir çox böyük ictimai nümayişlərin səhnəsinə çevrilmişdir. Bura Vallaxianın ilk ali təhsil məktəbinin əvvəllər olduğu yer olan Müqəddəs Sava Akademiyasının, daha sonra XIX əsrin ortalarında Buxarest Universitetinin inşa edildiyi yerdir. Meydanda Rumıniya tarixinin dörd mühüm şəxsiyyətinin heykəlləri dayanır, kommunist dövrünün əvvəlində dağıdılmış başqa bir heykəlin bərpası üzərində isə iş aparılır.
İspaniya tarixi üçün Seqoviyadakı Plaza Mayor xüsusi əhəmiyyətə malikdir. 1474-cü ildə hələ San Miguel Plaza adlandırıldığı dövrdə Kastiliyanın Katolik Kraliçası İzabela burada taclandırılmışdı. Əks təqdirdə, bura adi bir İspan meydanı olardı. Buna baxmayaraq, şəhər baxımından gözlənilməz, eyni zamanda vizual olaraq maraqlı bir performans təqdim edir. Avropanın ən son Qotik kilsələrindən biri olan böyük bir kafedral binası meydanın bir tərəfində yerləşir. Plaza Mayor bu kafedralın ondan önə keçməsinə imkan verməməyi bacarır. Meydandan baxıldığında kafedral o qədər də sanballı görünmür və meydan insan boyuna nisbətində dərin bir atmosfer yaradır.
Kroměříž şəhərinin adına ilk dəfə 1110-cu ildə rast gəlinmişdir. Böyük bir meydanı vardır. Meydanın mərkəz nöqtəsi vəba epidemiyasının sonunu qeyd etmək üçün 1680-ci ildə qurulmuş barok stillii sütunudur. Yanında şəhərin su təchizatı sisteminin bir hissəsi olan, lakin bir neçə dəfə dəyişən 1665-ci ilə aid bir çeşmə vardır. Bələdiyyə binası və intibah dövrünə aid uzun cərgədə evlər və Art Nouveau fasadları olan evlər meydanı əhatə edir. Ancaq ən təsiredici bina möhtəşəm və görkəmli bağçaları ilə YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Yepiskop Saraydır.
There is nothing spectacular about the Naarden square. It is an irregular, not particularly large space, unfolding around Grote Kerk, a red brick church built in the northern Gothic style of the 15th century, dedicated to St. Vitius before the Protestant Reformation. Nevertheless, this church is among the oldest in the Netherlands, surviving a fire after the Spanish invasion of 1557. In the square, to one side of the church, lies the statue of Comenius, who was born in Naarden. At one corner of the square there is a Renaissance-style city hall, decorated with allegorical human figures. Even if this square is nothing special, as a whole it is spectacular. Markt is the centre of a star-shaped fort, surrounded by a double row of water ditches.
Şəhər zamanla daim dəyişən sərhəd izlərini saxlayır. Mərkəzin ətrafındakı divarlar XV əsrdə sökülmüş, ancaq gildən hazırlanmış “muurhuizen” adlanan ev divarları hələ də köhnə şəhər sərhədlərini göstərməkdədir. Köhnə şəhər xaricində, onun əsas yollarının üzərində, şəhərətrafı ərazilər inkişaf etmişdir. Vaxt keçdikcə onlar və şəhər arasındakı boşluq dolduruldu, sonradan şəhər magistral yolun kənarlarına doğru genişləndi. Marktplein de Hof meydanı mərkəzdə qaldı.
Dalmasiya sahilindəki şəhərlər arasında Şibenik istisna deyil. Bu yer nə Yunan müstəmləkəsi kimi meydana çıxmış, nə də İlliriyalılar və ya Romalılar tərəfindən əsası qoyulmuşdur, bura bu yerdə məskunlaşan ilk xorvatlar tərəfindən yaranmışdır. Lakin sonrakı tarixi Osmanlıların, Venesiyalıların, Macarıstan Krallarının və Habsburqların gəlişindən təsirlənən digər sahil şəhərlərinin tarixindən heç də fərqli deyil. Ancaq slavyanlar qalada həmişə hakim xalq olaraq qalmışlar. Bir müddət İstro-Rumın icması burada çoxluq təşkil edib. Meydan özəl nüanslara sahibdir və bu günkü Xorvatiyanın ən gözəl meydanı hesab olunur. İki ayrı hissədən ibarətdir: onlardan biri kilsə meydanı, digəri isə, dünyəvi gücün mərkəzi idi, lakin sahilə yaxın olmasına baxmayaraq, heç bir zaman liman olmamışdır. Meydanın önəmli yerləri İntibah tərzli sarayı və xüsusilə YUNESKO siyahısına daxil olan Müqəddəs Yakob Kilsəsidir.
Dubrovnikin böyük meydanı olan Trg Luza, qalanı qərbdən şərqə kəsərək keçən Stradun və ya Placa adlanan ən geniş arteriyanın sonunda yerləşir. Kənarının hər biri qapı və meydan ilə işarələnməklə, qalaya giriş nöqtəsini təmsil edir. Havadan çəkilən fotoşəklindən də aydın göründüyü kimi, quruluşu şəhərin vaxtilə tikilmiş olduğu tərzə uyğundur. On əsr əvvəl, Stradunun hazırkı yolu, bir adada yaranan Yunan-Roma əsilli Ragusa koloniyasını qitədə yaşayan Slavyanların məskunlaşdığı Dubrva qəsəbəsindən ayıran bir kanal idi. XI əsrdə kanal tıxanır və iki icma birləşir, lakin bir-birilərinə qarşı rəqabət və qarşılıqlı hörmətsizlik heç vaxt bitmir. Sinoykizm prosesinin klassik sxeminə uyğun olaraq, əsas meydan iki icma arasındakı coğrafi təmas nöqtəsində formalaşmışdı. Trg Luza bu şəkildə meydana gəldi və ən vacib tarixi binaların məskənidir: Orlandonun heykəli, Pastorun Sarayı, Sponza Sarayı, Saat Qülləsi, Onufrnin Kiçik Bulağı. Bulağın olduğu küçə Luza meydanını 1667-ci il zəlzələsindən sonra tikilmiş şəhərin ikinci ən vacib meydanı olan Gunduliceva Poljana ilə birləşdirir. Ayrı-ayrılıqda planlaşdırılsalar da, bu iki meydan bir sistem təşkil edir.
Müqəddəs Frensis ilə məşhur olan Assisi yerləşməsi ilə Etruskan yaşayış məntəqələrinin qaydalarına uymayan başqa bir istisnadır. Təpədə deyil, Subasio dağının dik sahilində yerləşir. Göründüyü kimi, Piazza del Comune sadə bir məkandır, lakin bəzi “sirləri” özündə gizlədir. Bir tərəfdən, forması hər hansı bir orta əsr meydanı kimi düzənsizdir və miniatür şəhər formasını təcəssüm etdirir. Bu təsadüfdür, ancaq Müqəddəs Frensis şəhərində dərin simvolikaya malikdir. Digər tərəfdən, xüsusi bir davamlılığa sahibdir, çünki, Roma su depolarının yerində dayanır. Şəhərdə, həmçinin Roma dövrünə aid olan və 1539-cu ildə bir kilsəyə çevrilmiş Minerva Məbədi də vardır ki, onun da arxitektura nisbətləri memarlar və Gyote tərəfindən təqdir edilmişdir. Binalar bu şəkildə planlaşdırılmasa da, hamısı demək olar ki, eyni hündürlüyə malikdir ki, bu da birlik hissini yaradır. Bir istisnası vardır: Minerva məbədinin yanındakı orta əsr qülləsi meydanı şəhərin istənilən nöqtəsindən mərkəz nöqtəsi halına gətirir.
San Marco Meydanı, Venesiya gölündəki ən böyük və ən alçaq adanın kənarında yerləşir və şəhərdəki piazza adlanan yeganə meydandır, digər meydanlarının hamısı isə campo adlanır. İki ayrı sahədən ibarətdir, lakin onların funksiyası yalnız onları bütöv şəkildə nəzərə aldıqda başa düşülə bilir ki, bu da onları əsl ayrılmaz hala gətirir: meydan özü və molo, yəni bərə vasitəsilə dənizə bağlanan San Marco Meydanı ərazisi. San Marco Meydanının qarşısında yerləşən və Bazilikanın şimal divarı ilə sərhədlənən Dei Leoncini Meydanı meydanın özünün ardı kimi xidmət etmişdir (indi də belədir) və müəyyənyənliyini az hiss etdirir. Adını bir az gec, 1722-ci ildə qırmızı Cottanello mərmərindən düzəldilmiş şir heykəllərinin onun mərkəzinə gətirilməsindən sonra almışdır. İlkin mərkəz nöqtəsi, bugünkü Bazilikanın yerində yeganə bir saray ibadətgahı olduğu dövrdə, Kral Sarayının meydanı və həyət sahəsi kimi fəaliyyət göstərən San Marko meydanıdır. Meydanın özünün sahəsi ətrafı ikiyə bölən bir çayın tıxanmasından sonra 1156-cı ildə görünmüşdür. Meydan yalnız Venesiya bir sıra tarixi dəyişikliklərə uğradıqdan, cəmiyyət yeni psixoloji dəyişilmələrə qədəm qoyduqdan sonra bir Meydan halına gəldi. Bu gün, ehtimal ki, hər il 12 milyondan çox turistin ziyarət etdiyi dünyanın ən çox fotoşəkil çəkilən meydanıdır.