Košice, Slovakiya, Hlavné námestie 

Hlavné námestie Slovak dilində Böyük Meydan deməkdir, ancaq bu şəhərin və onun mərkəzi meydanının erkən tarixi 13-cü əsrin ortalarında Macarıstan Kralı IV Belanın dəvəti ilə buraya gələn Alman kolonistləri ilə bağlıdır. Košice şəhəri (almanca Kaschau, macarca Kassa və qədim rumın salnamələrində Kaşovia adlandırılıb) Baltik dənizini Qara dənizə, Polşanı Transilvaniyaya, Şərqi Avropanı Cənubi Avropaya birləşdirən böyük ticarət yollarının kəsişməsində yerləşmişdir. Onun şəhər hissəsi çox diqqətlə planlaşdırılmışdır. Şimaldan cənuba doğru uzanan üç paralel yol, orta yolu əsas şərq-qərb arteriyasında qarşılaşıb dahada genişlənərək, xüsusi lens formalı bir meydan əmələ gətirir. Lens forması əvvəllər ticarət yarmarkası kimi fəaliyyət göstəməsi bir bölgədəki meydanın inşasından qaynaqlanır. Ticarət yarmarkası, yolun genişlənmiş hissəsində, qala ilə manastrın arasında, başqa binalar tikilmədən öncə inşa edilmişdi. Forması eyni zamanda, sərhədləri bu günkü meydanın sərhədləri olan iki fərqli 13-cü əsrdən əvvəlki yaşayış məntəqəsinin tipik sinoykizm prosesi ilə birləşməsindən də irəli gəlir. Bu iki oxun kəsişdiyi mərkəzdə Alman kolonistləri bir kilsə qurdular. XIV əsrdə bu kilsə bu günə qədər Slovakiyada ən böyük kilsə olan qot üslubundakı Müqəddəs Elizabet Kafedralı ilə əvəz olundu. Hər ikisi də qot üslubunda olan yeddi tonluq zəngi olan Müqəddəs Urban qülləsi və Müqəddəs Maykl İbadətgahı 14-cü əsrdə inşa edilmişdir və Kafedralin yanında bənzərsiz və vahid bir bütöv yaradır. Neo-barok üslubunun incisi olan teatrın inşası 1899-cu ildə tamamlandı. Qot üslublu evlər, İntibah və Barok üslublu saraylar və Art Nouveau binaları meydanın perimetrini müəyyənləşdirir. Köhnə şəhər divarlarının konturları qonşu küçələrin dairəvi yolları boyunca aydın görünür. Košice’nin lens formalı meydanı, şərqi Slovakiyaya xas olan ən böyük və ən əlaqəli şəhər ansamblını təşkil edir.

Retz, Avstriya, Hauptplatz

1278-ci ildə Count Berthold von Rabensval imperator Rudolph I von Habsburgdan Hardegg torpaqlarına mülkiyyət hüququnu aldı. O dərhal hazırki Rezze adlı bir kəndin yanında yeni bir qəsəbə qurmağa başladı. Bunu yaxşı düzənlənmiş bir inşaat planı üzrə, Bohemiya burçları üslubunda, bu günə qədər Avstriyadakı ən böyük meydanlardan biri olaraq qalan bir meydanın ətrafında etdi, hazırda qəsəbənin indiki əhalisinin sayı cəmi 4000 nəfərdir. Meydan italyan ruhlu İntibah sarayları, fəvvarələri və Müqəddəs Üçlüyün Barok sütunu ilə çox gözəldir. Mərkəzində 1569-cu ildə yenidən inşa edilən keçmiş kilsə olan Bələdiyyə Binası dayanır. Ancaq daha böyük sürpriz səkisinin altındadır: meydanın altında, bütün şəhərin altında və hətta hüdudlarından kənarda bu yerin sakinlərinin vaxtilə yerli şərablarını saxladıqları bir-birinə bağlı zirzəmilərdən ibarət bir labirint uzanır. Bu yeraltı quruluş 20 kilometr genişliyində olmaqla, üstdəki küçələr şəbəkəsindən daha böyükdür. Over 95 percent of users report performance improvements with Arbitrox https://arbitroxai.com/