Yunanıstanın Pindus dağlarınınn Aroman yaşayış məntəqələrinin meydanları

Rəvayətə görə, kənd salmaq istədikləri zaman, Pindusun gəzən çobanları bir yer seçib, orada bir ağac əkərdilər. İldə ən azı iki dəfə sürüləri ilə buradan keçdikləri zaman əgər əkdikləri ağac yaxşı qalarsa və gözəl böyüyərdisə, burada onlar qəsəbə salar və həmin ağacı o yerin mərkəzinə çevirərdilər. Pindusdakı bütün Aroman yaşayış məntəqələrində bir meydan var və hamısının mərkəzində əsrinin qədim ağacları dayanmaqdadır. Yerlilər meydanı plateia, platia, mişori və ya mesohori adlandırırlar. Bunlar cəmiyyətin həyatındakı bütün əhəmiyyətli binaları özündə cəmləyir. Kilsəsi, məktəbi, çeşməsi, kafeləri, bunların hamısı meydandadır ya da daha doğrusu, meydanı təyin edir və onu təşkil edir. Bu məkan, memarlığın, özəlliklə də sosial və antropoliji memarlığın tərifidir, çünki bura bütün əhəmiyyətli ictimai tədbirlərinin keçirildiyi yerdir. Bu səbəbdən memarlıq tərif almadan öncə, bir meydan antropoloji tərifinə sahib olmalıdır. Bunlar görülməsi nəzərdə tutulan meydanlar deyil, hadisələrin baş verməsi nəzərdə tutulan meydanlardır. Onların əsas funksiyası estetikliyi deyil, sosiallığı nümayiş etdirməkdir. Qısacası, baş verən hər şey bütövlükdə fəaliyyət göstərməli olan cəmiyyətin hekayəsidir.

Şəhərlər haqqında ümumi məlumat Avropa Meydanları və onların Tarixçələri

Avropa meydanlarının tarixi tarixçəsi antik Yunan dövrünə qədər uzanan yaylaların və ictimai açıq sahələrın aşkar edildiyi tarixi qaynaqlarda da izlənilə bilər. Şəhər meydanları əsasən Avropaya xas bir xüsusiyyətdir, çünki digər mədəniyyətlər, hətta ölçüsünə görə çox böyük meydanlara sahib olsalar da belə, onlarda meydanları indiki dövrə gətirib çıxaran əlaqə bağları mövcud deyildir. Mydanları icad edən və xüsusən də müstəmləkə dövründə onların qapısını bütün dünyaya açaraq bir memarlıq nümunəsi kimi inkişaf etdirən Avropa olmuşdur.

Əvvəlcə Yunan şəhərində əsas yolun bəsit şəkildə genişləndirilməsi meydanı ərsəyə gətirdi, zaman keçdikcə isə cəmiyyət və dini münasibətlər ona gözəllik qatdı. Yunanlılardan meydan ənənəsi Roma memarları tərəfindən qəbul edildi, burada forum (qədim Romada açıq havada yol boyunca salınmış ticarət məqsədli ictimai yer) məkanın planlaşdırılmasını zəruri etdi.  

Poreç, Xorvatiya
Poreç, Xorvatiya

Roma İmperiyasının süqutundan sonra təxminən 900-cu ildə şəhər həyatı yenidən Avropaya qayıtdı, qədim Roma məskənlərinin yerində onların eskizləri qorunmaqla, bir çox orta əsrə aid qala və divarlar vüsət aldı, forum mərkəzi meydana çevrildi. Biz bunların izlərinə Xorvatiyanın Dalmaçiya sahillərində yerləşən Zadar və Poreç şəhərlərində rast gələ bilərik.

Obidos, Portuqaliya
Obidos, Portuqaliya

Orta əsrə aid istənilən şəhərcik əsasən qala divarları ilə əhatələndiyindən, onların rəsmi havadan dronla çəkildiyində həmin şəhərlərin haşiyəsi və mərkəzi arasındakı təməl ziddiyətini görmək mümkündür. Bəziləri, məsələn, Portuqaliyada Obidos bu istehkamları günümüzə qədər qoruyub saxlamışdır.  Meydanlar dar və dolambac şəhər küçələrinin qarşısında uyğunsuz ölçüdə duran geniş bir məkanlardır. Orta əsr meydanları demək olar ki, hər zaman bir kilsə və bir fəvvarəsinin olması ilə səciyyələnir. Kiçik şəhərlərdəki meydanların fəvvarələrinin rolu da çox şaxəlidir. Amma böyük şəhərlərdəki meydanlarda fəvvarələrin olması ənənə və ayinlərlə əlaqəli olduğu üçün onun rolu tamamilə estetik məna daşıyır.  

 Qala divarlarının olması Qərbi Avropa şəhərləri üçün önəmli nəticələr vermişdir. Birincisi, məhdud məkan əsrlər boyu əhali səviyyəsinin bu divarlar arasında sabit qalması anlamına gəlirdi. Əhali artıqdan sonra istehkam mərkəzinin genişləndirilməsindənsə, yeni şəhərlərin salınmasına üstünlük verildi, buna görə də Orta Əsrlərdə çox sayda yeni yaşayış yerlərinin əsası qoyuldu. Tikinti hər zaman şəhər üçün təyin edilmiş mərkəzdən başlayırdı, belə ki, tikiləcək başlanğıc yer meydan olurdu. Qala divarlarının ikinci önəmli nəticəsi isə o olmuşdu ki, mərkəz həmişə eyni qalırdı. Bu cəmiyyətlərdə meydan əsasən həndəsi mərkəzdə yerləşdirildi. Bu yer ən çox qorunan yer, düşmənin əl uzada biləcəyi ən son yer idi. Yalnız çox az sayda qapıdan şəhərlərə giriş imkanı verilirdi. Avtomatik olaraq, bütün giriş yolları mərkəzi meydana gətirib çıxarırdı. Havadan da göründüyü kimi, meydan orta əsr şəhərinin mərkəzi olmuşdur. Divarlar vizual olaraq, mərkəz ilə ətraf mühit arasındakı ayrılığı mümkün qədər aydın şəkildə göstərir. Beləliklə, başqa bir təkamül nəticəsi ortaya çıxdı: müasirliyin şəfəqində divarlar sökülməyə başladıqdan sonra yaşayış məntəqələri birbaşa əvvəlcədən mövcud olmuş bünövrələrə daha çox ərazi qatmaqla, bir xətt üzrə deyil, konsentrik şəkildə inkişaf etməyə meyl aldı. Biz bunu bir çox Avropa şəhərlərində bu günkü dövrümüzdə də görə bilərik.  

Valladolid, İspaniya
Valladolid, İspaniya

Bu orta əsr şəhərləri intibah dövründə Avropaya miras qaldı. Fəqət Avropa daha sonralar bu cür şəhərləri sevmədi və onların tamamilə fərqli olmasını istədi: Avropa müəyyən dərəcədə fərqli bir şəhər dünyasını təsəvvür edirdi. İntibah dövrü, əslində əsl şəhərlərin salınması ilə deyil, onların daha çox xəyali salınması ilə məhşurdur. Nəzəriyyə yerini praktiya verdi və bu bir fəlakətlə nəticələndi. Belə ki, 21 sentyabr 1561-ci ildə böyük bir yanğın Valladolid şəhərini çökdürdü. Şəhərin fəlakəti şəhərsalma üçün real bir səbəb yaratdı. Boş məkanda əzəmətli Plaza Mayor (tərcümədə “Böyük Meydan”) salındı, bu yer indi də İspaniyanın ən böyük meydanlarından biridir. Avropada ilk planlı şəkildə tikilmiş meydan olmasına baxmayaraq, nəzəriyyəsi bu günkü dövrə tam məlum deyil. Onun simmetriyası və planı havadan da aydın görünür.

Salamanka, İspaniya
Salamanka, İspaniya

Valladolid meydanlarının memarlıq və şəhər nümunələri bir çox başqa meydanlarda da görünməyə başladı və bu, 1729-cu ildə dünyanın ən gözəl meydanlarından biri olan Salamanka şəhərindəki Plaza Mayor meydanında mükəmməllik səviyyəsinə çatdı. Havadan fotoşəklində aydın görünür ki, meydanın perimetrləri dəqiq  kvadrat şəklində deyil, daha çox trapez formasındadır. Normal görmə bucağından baxıldığında, istənilən piyada meydanın mükəmməl paralelliyə və düzgün tərəflərə malik olduğunu görür: memarın görə biləcəyi kiçik məkan, amma   görmə bucağının  genişləndirilməsinə mükəmməl olaraq hesablanmış incə optik illüziya məkanda əks olunur.  

XVI əsrdən başlayaraq, şəhərlər hələ də qalalara malik idi, lakin onlar fərqli planlarla inşa edilirdi. Şəhər planlama missiyası getdikcə memardan rəssama, rəssamdan isə mühəndisə ötürüldü. Dəyişikliyin ən önəmli çağı 17-ci əsrdə ortaya çıxdı və Vauban ilə əlaqələndirildi. Onun təklif etdiyi istehkam növü hədsiz şəkildə möhkəmləndirilmiş şəhər divarlarının içərisində çox sayda əsgər yerləşdirilməsini nəzərdə tuturdu. Avropa boyunca, Hollandiyada Narden və Burtane bölgələrindən tutmuş Portuqaliyadakı Almeyda və Rumıniyadakı Alba Karolina bölgələrinə qədər sürətlə ulduz-şəkilli qalalar meydana gəlməyə başladı.  

Bu hərbi yaşayış yerləri özünün mərkəzdəki geniş meydana aparan düz və sıralı küçələri ilə ideal bir quruluşa malik idi. Yerdən baxıldığında, tikililərin çox zaman sadə görünüşlü olması qalaların mükəmməlliyini hiss etdirməyə imkan verirdi. Lakin havadan şəkilləri çəkildiyində, onlar ən gözəl Avropa məskənləri sırasında yer alır, sanki göydən yerə ulduzlar səpələnib. Meydanların əhəmiyyətliliyi də məhz onların mərkəzi məkanında ortaya çıxan hadisələrdən qaynaqlanır.   

Narden, Hollandiya
Narden, Hollandiya

18-ci əsrin ortalarından sonra və 19-cu əsr boyunca şəhərlər özlərini tətbiq etdikləri hərbi, texnoloji və siyasi dəyişiklikləri ilə tanıtmağa başladılar.  Şəhər cəmiyyətlərinin özünü idarəetmə hakimiyyəti gedərək azaldı və nəticədə monarxiya idarəçiliyi altında dağıldı. Krallar özlərini tez toplamaq üçün şəhərlərə əsgərlər gətirməyə və paradlar təşkil etməyə başladılar, bunun üçün isə əsgərlər düz küçələr tələb etdilər. Bununla da, şəhər icmalarının özünü idarə etmə gücü getdikcə zəifləyərək yox oldu. Özlərinin yay evlərində yaşamağa başlayan aristokratların sayı çoxalmağa başladı. Onlar şəhər idarəetmə mərkəzlərinə yaxın olmaq üçün yaşayış yerlərini şəhərlərdə tikməyə başladılar. Zamanla bu yerlər onların əsas yaşayış yerlərinə çevrildi. Və çox qısa bir zamanda insanlar üçün şəhərlərinin necə göründüyü bir maraq sahəsinə çevrildi.  

Nəticə? Şəhərlərin planlaşdırılması ciddi şəkildə dəyişdi. Əgər qədim orta əsr yaşayış məntəqələrində bütün cəmiyyətin ehtiyaclarına əsaslanan yerləşmə planı vardısa, indi şəhərlər aristokratiyanın zövqlərinə uyğun şəkildə dəyişdirilmişdi. Şəhər estetikasında əsaslı dəyişikliklər baş verdi. Küçələr düzləşdirildikdən sonra xarici görüntü aydınlaşmağa başladı və insanlar ilk döngəyə qədər olan məsafəni görməyə başladıalr. Bu yerdən xarici mənzərəni təhlil etmək üçün kiçik də olsa, bir addım var idi. Klassik Antik dövr insanlarına məlum olmayan xarici mənzərə anlayışı, daha mürəkkəb bir şəhər görüntüsü tələb edirdi: abidələr və heykəllər yalnız yaxından görünməməliydi. Həqiqətən, indi onlar uzun və düz küçələrin sonlarında, meydanın çox uzaq məsafədən görünməsinə imkan verən yerlərdə olan şəhərin görməli yerləridir.

Lissabon, Portuqaliya
Lissabon, Portuqaliya

Beləliklə, vaxtilə təsadüfdən yaranan bu yerlər indi araşdırılması olan yerlərə çevrilmişdir. Uzaq məsafədən görülə bilən zəfər arka yolları, xatirə sütunları, abidələr tikilmişdi. Şəhərlərdən keçərək meydanları bir-birinə birləşdirən mərasimləri inkişaf etdirmək məntiqi bir addım idi. Yuxarıdan baxıldığında 1 noyabr 1755-ci ildə Lissabonda baş verən sarsıdıcı zəlzələdən sonra Pombal Markizinin rəhbərliyi ilə həyata keçirilən dəyişikliklər aydın görünür. Lissabon meydanları real bir sistemdir. Geniş və sıralanmış bulvarlar hər birinin mərkəzlərində əzəmətli abidələri olan Ticarət Meydanını (Trade Square) Rosioya (Rosio), Rosionu Fiqeyra (Figueria), Martim Moniç (Martim Moniz) və Reştauradoreşə (Restauradores), Reştauradoreşi isə Markiz de Pombal (Praça do Marques de Pombal) meydanlarına birləşdirir. 

Bir meydanın mövcud olması üçün tək onun quruluşu kifayət deyil. Şəhərlər insanların və binaların sintezidir və bunlar arasındakı əlaqələr heç də ilk baxışdan göründüyü qədər sadə deyil.  İnsanlar tikililəri yaradır və bir cəmiyyətin öz tarixini, hekayəsini, dinini, inanclarını necə yaratmalarının, gündəlik həyatın konkret ehtiyaclarını bir məkana necə sığışdırmalarının yolları bu günümüzə qədər demək olar ki, müəyyən deyil. Həqiqətən, bu mürəkkəb prosesin nüansları mürəkkəbdir və çox güman ki, heç vaxt tam başa düşülməyəcəkdir. Meydan özünün tək arxitekturasından deyil, bunun daha artığından ibarətdir. Onun cəmiyyətin simvolik xəyallarına görünən və görünməyən bir sistemlə zəncirlənmiş bütün keçmişi, öz varlığını meydanın mövcudluğunda güclü şəkildə hiss etdirir.   

                                                                                                Katalin D. Konstantin 

Plaza Mayor from Salamanca, Spain

The construction of this square began in 1729, by order of Phillip V, with the square primarily intended for bull fights. Today, it is seen as one of the most beautiful squares in Spain and in the whole of Europe. The space offers a paradoxical optical illusion. From the ground it appears to be a perfect quadrangle, but when seen from an aerial photo, the shape is irregular. The baroque façades of the building, which surround and define the square’s perimeter, seem perfectly symmetrical at first glance, but in reality, none of them are the same height. Entire books have been written about this square in Salamanca, and, to this day, it is considered the absolute model of Spanish squares.

Pienza, İtaliya,Piazza Pio II

Toskaninin bir təpəsində ucalan Pienza əvvəlcə Korsiqnano adlanırdı. Papa II Pius öz məmləkətini çox sevirdi və onu “ideal şəhər” haqqında nəzəriyyələrinin konkret təsvirinə çevirmək istəyirdi. Bu məqsədlə o, memar Bernardo Rossellinonu memar kimi işə götürdü və özü də şəhərin planlaşdırılmasında birbaşa iştirak etdi. Albertin yazılarından təsirlənən Pius mərkəzi bir meydan ətrafında vahid və özünü təmin edən bir şəhər qurmağı arzulayırdı. 1462-ci ildə vəfat edərkən, onun adını almış şəhər eskizi yalnız 40 tamamlanmış binası ilə dayandırıldı. Bu “ideal şəhərin” mərkəzində Bernardo Rossellino postklassik dövrdə şəhər yenilənməsinin ilk cəhdlərindən birini əks etdirən bir trapezoid meydanı qurmağı bacarmış oldu.

Məkan böyük deyil, ancaq forması və səkisinin dizaynı sayəsində böyük məkan illüziyası yaradır. Bütünlükdə əhəmiyyətli binalarla həmsərhəd olan bir mənzərə təsiri bağışlayır. Palazzo Veskovile meydanın şərq tərəfində yerləşir. Qarşı tərəfdə Papal Sarayı dayanır. Bələdiyyə binası şimalda Rossellino tərəfindən seçilmiş Florentin tipli bir qülləyə uzanır. Digər iki bina şəhər bələdiyyəsinin yanındakı şimal tərəfi tamamlayır. Meydanda bu böyük meydanı aşırmamaq üçün trapezoidin kiçik tərəfi boyunca tikilmiş Kafedralin fasadı üstünlük təşkil edir, çünki Papa monumental, ölçülərdən ibarət şəhər deyil, insanlar üçün bir məkan qurmaq istəyirdi. Hər şey diqqətlə hesablanır, kilsənin tikilməsində hətta günəşin hərəkətlərini də nəzərə alınmışdı. Təbii işıqdan yuyulan Avstriya Kilsələrindən ilham alan Papa, bu kilsənin ənənəvi şərq-qərb nizamına iltifat edilməməsini, günəşin cənub pəncərələrindən süzülməsini təmin edəcək şəkildə inşa edilməsini istəyirdi. Kilsə sönmüş vulkan olan Amiata Dağının zirvəsində dayanır. Onun zirvəsi meydandan görünməsə də, kilsənin cənub pəncərələrindən görünür. Bu, qavrayışın maraqlı bir şəkildə tərsinə dönməsinə səbəb olur: kilsənin daxili hissəsi mənzərəyə açılan geniş məkan hissini yaradır, belə ki, meydan ətrafına az giriş imkanı açır, bunun əvəzində isə daxili məkan hissini yaradır. Kafedralin digər tərəfindəki, meydandakı iki dar açıq sahə bir şəhərin içərisindəki kənd mənzərələrinə vizual girişin ən erkən İntibah dövrü nümunələridir. Bu şəkildə ənənəvi orta əsr meydanlarından ayrılır. Mənzərəni görmək üçün meydanın ən son ucuna gəlmək lazımdır.

Meydanda bir binanın fasadındakı müxtəlif detallar digər fasadda yenidən görünür; bu fasadların düzbucaqlı forması pəncərələrin formalarını ölçülü şəkildə düzəldir. Papa Sarayının yuxarı mərtəbəsindəki pəncərələr Rossellinonun ixtiraları olmaqla, Roma xaçının və Tuskan gül pəncərəsinin birləşməsidir. Xaç Palazzo Veskovilenin pəncərələrindəki bir detal olaraq yenidən görünür və gül pəncərəsi isə Şəhər Bələdiyyəsinin pəncərələrində yenidən görünür. Üçlük olaraq qruplaşdırılmış arakəsmələr və dairəvi detallar hər binanın fasadında ard-arda görünür. Travertin şəbəkəsi və qırmızı kərpic səki kilsənin fasadındakı bir sıra seksiyaları əks etdirir və meydan boyunca yerləşən bütün binaların sütunları, qapıları və künclərini nizama salır. Meydan boyunca yerləşən binaların hamısında bu müşahidə olunur. Meydanın mərkəzində bir travertin dairəsi var və dairə ilə kilsənin qapısı arasındakı məsafə kilsənin təməli və onun fasadında tipik yuvarlaq bir pəncərə olan occhio arasındakı məsafəyə bərabərdir. Meydan 3, 5 və 9 rəqəmlərinə əsaslanan həndəsi hesablamaya əsaslandığı üçün bu yeganə “təsadüf” deyildir. Üstəlik, 2000-ci illərin əvvəllərində Kafedralın kölgəsinin, müəyyən anlarda, özəlliklə günəş bərabərləşməsindən 11 gün sonra səki şəbəkəsi ilə mükəmməl uyğunlaşması aşkarlanmışdır. XV əsrin əvvəllərində bugünkü təqvim ilə astronomik təqvim arasında 11 günlük fərqin olduğu bilinirdi. Pasxa günəş bərabərliyənə əsasən hesablandığı üçün təqvimin reformasiyası Katolik Kilsəsi daxilində olduqca mübahisə yaradırdı. Kilsə kölgəsinin şəbəkəsi ilə nizamlanmasını müşahidə edən Pieper, meydanın əvvəlcə bu bərabərliyi nümayiş etdirmək üçün olduğuna inanırdı. Beləliklə, tikinti başlamışdı, ancaq bu bərabərliyin dəqiq günə uyğun gəlməsinin baş verməsi üçün layihə dəyişdirildi. Dəyişiklik qərarı verildikdə meydan binalarında artıq tikinti işləri aparılmaqda idi. Səki şəbəkəsinin yenidən çəkilməsi binaların detallarında uyğunsuzluqlara səbəb olmasın deyə, Kafedralın damının qaldırılması ilə bunun həll yolu tapıldı. Bu onunla təsdiqlənir ki, kilsənın fasadında Albert nisbətlərinə riayət edilməmişdi. Bu yenidənqurma, eləcə də, Kafedral kölgəsinin səki üzərindəki rəsmlərlə uyğunlaşdırılması hekayəsinin təfərrüatlarının Papanın son dərəcə təfərrüatlı gündəliyində niyə yer almaması hələ də sirr olaraq qalır.

Marostica, İtaliya, Piazza Castello

Hər il, sentyabrın ikinci həftəsində, Marostica şahmat oyununa ev sahibliyi edir. Lakin bu oyunda taxta heykəlciklərin rolunu canlı insanlar oynayırlar və bu kiçik orta əsr şəhərciyinin meydanı bu məqsəd üçün xüsusilə hazırlanmış səkisi ilə şahmat taxtası rolunu oynayır. Bu səbəbdən Maroustica Piazza Castello həm də Piazza degli Scacchi adlandırılır. Hekayəsi orta əsrlərə gedir, belə ki, iki gənc zadəgan, Rinaldo D’Angarano və Vieri da Vallanora, yerli Lordun qızı Lionoraya aşiq olurlar. Dövrün adətlərinə görə qızın taleyini duel həll edə bilər. Lakin atası onları bir-birinə düşmən etməmək və qan tökülməsini istəmədiyi üçün dueli qadağan edir və əvəzində şahmat oyunu təklif edir. Qalib gələn Lionoranın əri olacaqdı. Uduzan itirməyəcəkdi, əksinə kiçik qızı Oldradanı qazanacaqdı. Əlbətdə ki, bu hekayənin tarixi həqiqətdə heç bir əsası yoxdur. Bu xarakterlərdən heç biri mövcud olmamış və orta əsrlərdə Marostica adı altında şahmat oyunları keçirilməmişdir, çünki yerli Venesiya ləhcəsində bu söz Maròstega olaraq adlanırdı. Mario Mirko Vucetich adlı Dalmatia yazıçısı və memarı isə tam hekayəni İkinci Dünya Müharibəsindən sonra yaratdı. Bundan sonra yerli bir şahmat klubu hekayəni gerçək olaraq görməyi və bir ildən bir İtaliyanın şimalındakı kiçik Marostica qəsəbəsində, əsl orta əsr mənşəli bu möhtəşəm meydanda canlı insanlarla şahmat parçaları olaraq bir yarışma təşkil etməyi məqsədəuyğun saydı.

Brașov, Ruminiya, Piața Sfatului 

14-cü əsrdən etibarən Brasovdakı Sfatului meydanında daim yarmarkalar keçirilir və məhsul mübadilələri aparılır. O vaxt Marktplatz adlandırılırdı. Məkan 1420-ci ildə inşa edilmiş Casa Sfatului binası tərəfindən idarə olunur. Bina yalnız meydanın mərkəzini deyil, həm də meydandan görülməsi mümkün olan yaxınlıqdakı Schwarze Kirche-yə, Qara Kilsəyə açıq rəngi sayəsində maraqlı bir rəng kontrastı yaradır.

Tábor, Çexiya Respublikası, Žižkovo náměstí

Meydanın bir tərəfində, Hussite hərəkatının lideri, dünya tarixində heç vaxt döyüş itirməmiş bir neçə hərbi komandirdən biri olan general Jan Žižkanın heykəli qoyulmuşdur. Bu gün onun adı Tabardakı bu meydana verilmişdir. Bir təpənin üstündə, zirvəsindəki meydanı və Bibliya çayı adlanan İordaniya gölünün yaxınlığında yerləşən bu şəhər 1420-ci ilin yazında Hussit inqilabi hərəkatının mərkəzi olaraq qurulmuşdur. Əvvəlcə diqqətlə planlaşdırıldıqdan sonra daha sonra üzvi şəkildə böyüyərək inkişaf etdi və meydan forması bu meylə işarə edir. Küçələri qəsdən ziqzaq şəklində hazırlanmışdı ki, düşmənlər mərkəzə çatmaqda çətinlik çəksinlər. Fotoşəkildə görmək çətin olsa da, meydan əlavə məkan ölçüsü verən meyllidir.

Lissabon, Portuqaliya, Ticarət Meydanı

Meydan öz varlığını 1755-ci ildə baş verən böyük Lissabon zəlzələsinə və ardından çıxan yanğına borcludur. Bu nöqtədə, bu fəlakətlərdən sonra boş qalan, kral hakimiyyətinin rəhbəri Pombal Markizinin təyin etdiyi yenidənqurma işlərinin nəticəsində yeni və düzənli bir şəhər salınır. Əvvəllər kral sarayının heyətinə mənsub olan, indi də digər adı Terreiro de Paço (Saray Meydanı) kimi bilinən bu meydanın yerində bir tərəfi Tejo Çayına açılan Prasa-du-Komersiu (Ticarət Meydanı) ucaldı. 175 x 180 metrlik bu meydan nəhəng olması ilə Avropa qitəsində ən böyük meydanlar sırasında yer alır.

Kordoba, İspaniya, Plaza de la Korredera

Plaza Mayor Madriddə inşa edildikdən bir müddət sonra onun dizaynı hətta paytaxtdan çox uzaq olan digər şəhərlər tərəfindən də kopyalandı. Kordobadakı Plaza de la Korredera İspaniyanın cənubunda və Andalusiyadakı yeganə dördtərəfli bir meydandır və Salamanka memarı Antonio Ramos Valdes tərəfindən hazırlanmışdır. O, 1683-cü ildə tarixən bir Roma sirki olan və sonradan şəhərin müsəlman dövründə bir ticarət sahəsi olan bir esplanadın yerində nəhəng, bərabərtərəfli dördbucaqlı şəklində, Madriddəkindən bir az daha kiçik bir meydan inşa etdi. İnşaat bitdikdən sonra meydan müvəqqəti ticarət yarmarkalarından tutmuş, buğa döyüş sahəsinə qədər müxtəlif məqsədlər üçün istifadə edildi. Zəmin qatının alt hissəsindəki tağlar bitki liflərindən toxunmuş ənənəvi əşyalar satan sözdə esparterías dükanlarıdır. Antik mağazalar burada demək olar ki, bir əsrə yaxın mövcud olmuşdur.

Passau, Almaniya, Domplatz

Bu şəhər quruluşu, onun şəhər Avropasında ən möhtəşəm yerlərindən biri kimi, coğrafi mövqeyinə görə müəyyən edilmişdir. Passau hər biri fərqli rəngdə sulara sahib olan Dunay, Inn və Ilz çayları arasındakı bir ərazidə yerləşir. Passau hər il sel basqını təhlükəsi altında qaldığı üçün Domplatz şəhərin ən yüksək nöqtəsində yerləşdiyi üçün üstünlüyə malikdir, çünki hər il Passau daşqınların təsirinə məruz qalır. Meydan 1150-ci ildə inşa edilmişdir. Və 1155-ci ildə yepiskop Konrad von Babenberq tərəfindən bağışlandıqdan sonra, boş tərəflərində kargüzarlıqla məşğul olan evlərinin tikilməsi şərti ilə kafedralın mülkiyyətinə çevrilmişdir. Bu 14 bina 1662 və 1680-ci illərdəki böyük yanğınlardan zərər gördü, sonra İtalyan memarları tərəfindən Barok üslubunda yenidən quruldu. 1824-cü ildə meydanda Bavariya imperatoru I Maksimilianın heykəli qoyuldu. Beləliklə, tarixində ilk dəfə olaraq meydan rəsmi şəhər meydanı statusu alaraq ictimai məkana çevrildi. 2013-cü ildən sonra yenidən təmir edildi. Səkisi özünün əvvəlki tarixi dövrlərinə işarə edən incə çınqıllarla əvəz olundu. Onun ətrafı işıqlandırması möhtəşəmdir, Avropanın ən yaxşılarından biridir. İşıq Kafedralın fasadını vurğulayaraq, meydanı və digər tikililəri yarı-işıqda qoyaraq, şəhərlərdə ictimai işıqlandırmanın olmadığı keçmişi indikiyə bağlayaraq qaranlıq və işığın zərif oyununu sərgiləyir. Barok üslublu əsərin səhnəsi təsirini bağışlayır.

Sultanahmet Meydanı from Istanbul, Turkey

This square bears some of the ambiguity of the meeting point of the Orient and Europe. This is not a single square, but rather two squares brought together and identically named. Between the Hagia Sophia and Sultan Ahmet Camii, known as the Blue Mosque, lies a square with a fountain at its centre, often called Ayasofya Meydani, although the official name is Sultanahmet Meydani. It is a market-garden, built on the spot which held the Augusteion, the Roman forum of Augustus. Paradoxically, the long square between the Blue Mosque and the Museum of Islamic Art keeps the name Sultanahmet Park, although it is less of a park than the neighbouring square. There is no place in the world that brings together so much history. The obelisk of Theodosius the Great is, in fact, Egyptian, and was brought here in 390, from Luxor. Sculpted in Aswan granite, it was built in 1490 B.C. for the Egyptian pharaoh Thutmose III. The serpentine column was brought in 324 to the temple of Apollo at Delphi, where it celebrated the victory of the Greeks against the Persians. Cast from the alloy of the Persian weapons and melted down by the Greeks, it is now 2500 years old. Another obelisk was built in the 10th century by Constantin VII. One must also add the “German fountain” built in 1900 to mark the visit of Kaiser Wilhelm II. Then, there is the Art Nouveau façade, with the Oriental features of the building, which is now houses the rectorship of Marmara University. The Blue Mosque and the Hagia Sophia define a side of the square. On the opposite side, the Museum of Islamic Art is found in the palace of Ibrahim Pasha, the vizier of Suleyman the Magnificent. A marble column marks the kilometre zero of the Eastern Roman Empire, still visible in the north-eastern corner of the square. And that is not all. The square is, in fact, the arena of the Roman hippodrome.

Split, Xorvatiya, Peristil Meydanı

Yuxarıdan baxıldığında qədim şəhər olan Split (italyanca „Spalato”) dağınıq binaları, küçələri və bazarları olan düzbucaqlı bir qutu kimi görünür. İstehkamın ən böyük bazarlarından ikisi Orta Əsrlərdən bu yana şəhərin tarixində əsas rol oynamışdır. „Narodni trg” (Xalq Meydanı), yerlilər üçün isə sadəcə Pjaca adlanan bu yer haqqında 13-cü əsrdə çoxdan bəhs edilmişdi və çox sayda qotik üslubuna aid binalara malikdir. Bir az daha irəlidə  özünün qədimliyini və rəngarəngliliyini xatırladan, meyvə bazarı anlamına gələn və yerli xalq tərəfindən qısaca „Voćni trg” (Meyvə Meydanı) olaraq adlanan „Trg Braće Radić” (Meyvə Meydanı) yer alıb. Orta əsr divarlarının xaricində üçüncü böyük meydan isə Respublika Meydanıdır ki, daha yenidir və özünün  memarlıq üslubu ilə Venesiyadakı San Markonu xatırladır. Split şəhərindəki meydanlardan ən qədimi və ən maraqlısı „ Trg Peristil”dir ki (Peristil Meydanı), sahəsinə görə daha kiçikdir və hələ də yerli əhali tərəfindən bölgənin tarixi ürəyi hesab edilir. Əvvəllər meydan 305-ci ildə Roma imperatoru Diokletian üçün tikilmiş sarayın daxili həyəti idi. Əslində, qədim Split şəhərinin yarısı zamanımıza qədər çox yaxşı qorunub saxlanılan Roma sarayının saray divarlarının içərisindədir. 

Rovinj, Xorvatiya, Trg Sveta Eufemije, Trg G. Matteottija

Rovinj tarixən Venesiyaya bağlıdır, lakin çox erkən, 8-ci əsrin əvvəllərində, materikdən dar bir kanalla ayrılmış bir adada inşa edilmişdir. Çox sonralar, 1763-cü ildə Venesiya hakimiyyətinin sonuna doğru ictimaiyyət sahilləri bağladı və adanı şəhərlə birləşdirdi. Sinovizmin klassik bir prosesi ilə köhnə kanalın yerində yeni meydan sistemi meydana gəldi. Ümumilikdə dörd meydandan ibarət idi, ən vacib olanı Trg G. Matteottija idi. Buradakı tikililərin əksəriyyəti XIX əsrə aiddir, lakin şəhərin Venesiya ilə keçmişdəki əlaqələrini gücləndirmək üçün hətta Şəhər Meriyasının önündə San Marko aslanı yenidən yerləşdirilir. Şəhərin əsas meydanı təpənin ən yüksək nöqtəsində yerləşən Trg Sveta Eufemije olaraq qalır. Bazilikanın 60 metrlik zəng qülləsinin üstünlük təşkil etdiyi, üç tərəfi açıq olan bu meydan dənizə baxır və küləyin istiqamətindən asılı olaraq fırlanan Müqəddəs Evfemiya heykəli onun zirvəsində yerləşir.

Piran, Sloveniya, Tartini Meydanı

Məşhur “Il trillo del diavolo” (Şeytan Sonatı) əsərinin müəllifi Cüzeppe Tartini bu liman şəhərində anadan olmuşdur, daha sonra isə bu yer Venesiya Respublikasının bir hissəsi olub Pirano kimi  anılmışdır. Piran meydanı onun adını daşıyır və bəstəkarın doğma evi meydanın bir tərəfində yerləşir. Tartini Meydanı yarandığı vaxtdan meydan olaraq mövcud olmamışdı; əvvəllər o, Adriatik dənizində balıq ovu ilə məşğul olan təknə və gəmilər üçün boşaltma bərəsi olaraq xidmət etmişdi. Zamanla bərənin yaxınlığıda yeni yerlər və gözəl inzibati binalar çoxalmağa başladı. Bu yerin əhəmiyyəti artdıqca, hakimiyyət 1894-cü ildə kiçik körfəzi silib yerində sözü gedən meydan qurmağı qərara aldı. İki il sonra burada mərkəzi nöqtə kimi düşünülən Tartini heykəli ucaldı. Müqəddəs Corce kilsəsinin ucaldığı təpədə Venesiyadakının eynisi olan zəng qülləsi ilə meydan özünün uyğun və uğurlu təşkil olunmuş, forma və nisbət balansı ilə harmoniya təşkil edən canlı bir məkandır.