Piran, Sloveniya, Tartini Meydanı

Məşhur “Il trillo del diavolo” (Şeytan Sonatı) əsərinin müəllifi Cüzeppe Tartini bu liman şəhərində anadan olmuşdur, daha sonra isə bu yer Venesiya Respublikasının bir hissəsi olub Pirano kimi  anılmışdır. Piran meydanı onun adını daşıyır və bəstəkarın doğma evi meydanın bir tərəfində yerləşir. Tartini Meydanı yarandığı vaxtdan meydan olaraq mövcud olmamışdı; əvvəllər o, Adriatik dənizində balıq ovu ilə məşğul olan təknə və gəmilər üçün boşaltma bərəsi olaraq xidmət etmişdi. Zamanla bərənin yaxınlığıda yeni yerlər və gözəl inzibati binalar çoxalmağa başladı. Bu yerin əhəmiyyəti artdıqca, hakimiyyət 1894-cü ildə kiçik körfəzi silib yerində sözü gedən meydan qurmağı qərara aldı. İki il sonra burada mərkəzi nöqtə kimi düşünülən Tartini heykəli ucaldı. Müqəddəs Corce kilsəsinin ucaldığı təpədə Venesiyadakının eynisi olan zəng qülləsi ilə meydan özünün uyğun və uğurlu təşkil olunmuş, forma və nisbət balansı ilə harmoniya təşkil edən canlı bir məkandır.

Ljubljana, Sloveniya, Prešernov trg, Mestni trg

Prešernov trg, orta əsr şəhərinin girişində sadə bir dördyol ayrıcı idi, burada 1646-cı ildə bir Franciscan monastırı inşa edilmiş və günümüzdə də qalmaqdadır. XIX əsrdə bu yolayrıcına yol örtüyü salınır və bura şəhər meydanının görünüşünü alır. Həmin əsrin sonu köklü dəyişikliklərə səbəb olur, belə ki 1895-ci ildə baş verən bir zəlzələ nəticəsində köhnə evlər Neoklassik və sonralar Sezession üslubundakı binalarla əvəz olunur. 1980-ci ildə, sloveniyalı memar Edvard Ravnikar, bu gün meydanı özünəməxsus hala gətirən onun yol örtüyünün indiki dairəvi dizaynını yaratdı: qranit mərmər fonunda hazırlanmış, Makedoniyanın Prilep mərmərinin şüalarını əks etdirən bir günəş. Ljubljanica çayı üzərində qurulan üçlü körpü Tromostovje bu meydanı Stritarjeva ulica vasitəsilə kafedralın yanındakı qala təpəsinin ətəyində yerləşən şəhərin köhnə meydanına birləşdirir. Mestni trg şəhər meydanında 1751-ci ildə tikilmiş bir çeşmə üstünlük təşkil edir. İki meydan, hər biri qismən sonrakı yenidənqurma işlərinin nəticəsi səbəbilə, birlikdə planlaşdırılmasa da, gözlənilməz şəkildə uyğunluq və düşüncəli şəhər bütövlüyünü tərənnüm edir.