Herceg Novi, Monteneqro, Trg Herceg Stjepana

Herceg Novi (İtalyan dilində Castelnuovo) adı iddia edildiyi kimi yeni deyil, əksinə olduqca köhnədir, çünki 1382-ci ildə Bosniya Kralı I Stefan tərəfindən bir balıqçılıq kəndi yerində qurulmuş, eyni zamanda bu şəhərin mərkəzi meydanının da adıdır. Türklər 1482-ci ildə şəhəri fəth etdilər və ispanların burada qısa sürən ağalığı da daxil olmaqla, iki əsr ərzində burada qaldılar. Herceg Novi 1687-ci ildə Venesiya, sonra Avstriya-Macarıstan İmperiyası, daha sonra müvəqqəti olaraq Napoleon, Ruslar və Mussolininin hakimiyyəti altında olmuş, bundan sonra isə Yuqoslaviyanın bir hissəsinə çevrilmişdir. Tarixi, hamısı olmasada, öz meydanında əksini tapmışdır. Paradoksal bir meydandır, çünki adi italyan üslubunda tikilmiş, ortada xurma ağacları ilə əhatə olunmuş möhtəşəm bir pravoslav kilsəsi vardir. Qeyri-rəsmi olaraq meydanın adı Belavistadır. Buradan dənizi, eləcə də Osmanlı saat qülləsini, İspan qalasını, Katolik kilsəsinin zəng qülləsini və şəhərin aşağı mənzərəsini görə bilərsiniz.

This image has an empty alt attribute; its file name is 0079.jpg

Český Krumlov, Çexiya Respublikası, Náměstí Svornosti

Náměstí Svornosti, diametri 45 x 60 metr olan kiçik bir meydandır. Gözəl, lakin qeyri-adi, İntibah üslübunda fasadları olan bir sıra evləri qruplaşdırsa da, onun bir Barok üslubunda sütunu vardır ki, bir tərəfindən qədim şəhər meriyası binasının arkalarına bağlanır. İlk tarixi qeydlərinə 13-cü əsr şerində rast gəlinən və Alman dilində Krumau olaraq adlanan şəhər bu əzəmətli qalanın ətrafında inkişaf etmişdir. Şəhər baxımından qala həmişə mərkəzi yer olaraq qaldı, eyni zamanda həm ölçülərinə, həm də Vltava çayının geniş ərazisindəki mövqeyinə görə meydan olaraq ikinci dərəcəli rol oynadı. Buna baxmayaraq, o, nüfuzu bütün dünyada yayılan və belə kiçik bir şəhəri sayəsində çox sayda turist tərəfindən ziyarət edilən və bölgənin sehrli mənzərəsinin bir elementi olan yer olmaqda davam edir.

Elburq, Hollandiya, Bazar Meydanı

Elburq meydanı şəhərin iki əsas prospektinin kəsişməsinin nəticəsidir və şəhərin xəritəsini təmsil edən bu dördtərəflinin nisbətlərini daha kiçik miqyasda əks etdirir. Elburq mükəmməl bir həndəsi mütənasibliyə (“qızıl bölgü” yə əsaslanır) malikdir. Şəhər özünün ilkin formasını 1392-1396-cu illər arasında Orta Əsrlərə xas olan tərzdə formalaşdırmışdır, yəni bütün yollar dördbucaqlının düz geometrik mərkəzində yerləşən meydanın kənarlarını bir-birinə bağlayır.

Leira, Portuqaliya,Praça Francisco Rodrigues Lobo

Meydan Leira cəmiyyətinin sosial və iqtisadi həyatında mühüm rol oynayır, bura  kafe və terraslarla doludur və burada bir çox tədbirlər təşkil edilir. Meydandakı səkilər Portuqaliyanın ən gözəl mənzərələrindən biri hesab olunur. Orta əsrlər dövründə meydanda mövsümi yarmarkalar keçirilirdi.

Çeske Budeyoviçe, Çexiya Respublikası, Kral II Ottokar Meydanı

Bu Meydan Avropanın ən böyük meydanları sırasındadır və 1256-cı ildə bu şəhərin əsasını qoyan (almanca „Budweis” adlanır) Bohemia Kralı II Ottokarın adını daşıyır. XVI əsrdə tikilmiş Qara Qüllə və Müqəddəs Nikolay Kafedralı şəhərin cənub-şərq küncündə yerləşir. Barok üslublu bələdiyyə binası meydanın əks küncündədir, mərkəzi nöqtə isə çox mürəkkəb bir barok üslubu dekorasiyasına malik olan Samson Fəvvarəsinin yanında yerləşir. 48 gerbli bina, pivə fabriki və duz bazarı meydanı tamamlayır.

Cáceres, İspaniya, Plaza Mayor

Bu İspaniyanın ən böyük meydanlarından biridir və orta əsr şəhərinin tam girişində yerləşir. İlkin tarixi həmin ərazidə mötəbər adət-ənənələrin qeyd edildiyi XI əsrə dayanır. Binaları müxtəlif dövrlərə aiddir və hər biri 16-cı əsr aşağı mərtəbə kolonnadasına malikdir. Şimal-qərb tərəfində yerləşən Bujaco Qalası göz oxşayır, günümüzdə isə şəhərin rəmzi hesab olunur. O, Ərəb hakimiyyəti dövrünə Roma təməlləri üzərində qurulmuşdur.  Adının mənşəyinin yerlilərin saman çöplərindən hazırlanmış gəlinciklərə verdikləri addan – “bujacos” sözündən alındığı düşünülür. 

Avropa meydanları

Avrupa meydanlarındaki yaşam, şehirden şehre, ülkeden ülkeye, kültürden kültüre Avropa meydanlarında həyat şəhərdən şəhərə, ölkədən ölkəyə, mədəniyyətdən mədəniyyətə fərqlidir. Gecənin yarısına doğru yoldan keçən son insanlar, Şimali Almaniya şəhərlərinin meydanlarından olduqca tələsik keçib evlərinə gedərkən, İber yarımadasındakı meydanlar hələ də sevinc və səs-küylə dolu,  insanları isə sabah heç bir işlərinin olmadığı təəssüratını verir. Meydandakı izdiham gecə yarısından sonra daha bir neçə saat davam edir. Şübhəsiz ki, Avropa qitəsindəki ən canlı meydan şousunu İspaniya şəhərləri təklif edir. Qışda şimal ilə cənub arasındakı ziddiyyət bu baxımdan mülayimdir, çünki şimal meydan bazarlarında Milad yarmarkaları olur və cənub bazarları, baxmayaraq ki,  yayda olduğundan daha boşdur həmçinin onlar da qazanırlar. Ölkəsindən asılı olmayaraq, bir Avropa şəhərinin meydanı fəsildən fəsillə fərqli ritm və rituallar yaşayır, fərqli görünüşlər qazanır.

Şəhər meydanlarını bütün Avropada tapa bilərsiniz və saytımız bütün qitənin meydanlarını təqdim etməkdədir.Bununla yanaşı, Avropa meydanlar baxımından bir sıra imtiyazlı sahələrə malikdir. Aralıq dənizinin cənubu mükəmməldir, iqlimi əlverişlidir, amma unutmayaq ki, Baltik sahillərində cənub bölgələrindən daha az tanınan və diqqətimizə layiq olan müstəsna meydanlar da vardır. Şimal və cənub arasında açıq bir fərq var, ancaq meydanlar daha yaxşı qruplaşdırılmışdır. Onları xəritədə yerləşdirməyə vaxt ayıranlar gözəl, estetik cəhətdən maraqlı və ya hekayələri olan meydanların əslində Avropanın müxtəlif yerlərində yerləşdiklərini və hətta bir-birləri ilə bir növ “şəbəkə” yaratdıqlarını görəcəklər. İnternet icad olunmazdan xeyli əvvəl şəhərləri birləşdirən və oxşar şəhər sistemlərini yaradan görünməz əlaqə mövcud idi. Bir-birlərindən nə qədər fərqli olsalar da, meydanlarda onların funksiyalarından tutmuş insanların həyat tərzlərinə qədər ortaq bir nöqtə vardır.

Mükəmməlliyi ilə İtaliya meydanlar ölkəsidir. Şah əsərləri sayılan demək olar ki, bütün meydanlar Romanın şimalındakı şəhərlərdə yerləşir. Burada naməlum və ya çox az bilinən deyə biləcəyiniz bir meydan tapa bilməzsiniz.Ancaq saytdakı seçimdə turistlər tərəfindən daha az gəzilən, lakin Palmanova kimi şəhər tarixi üçün çox maraqlı olan bəzi meydanları vurğulamağa çalışdım. Başqa misal, Pitigliano-dakı meydanı göstərə bilərəm, bu o qədərdə maraqlı olmayan,lakin vulkanik çöküntü qayası üzərindəki yüksəklikdə, kiçik orta əsr şəhərciyinin çox yaxşı qurulmuş bir məkan kontekstidir. Şimali İtaliyadakı meydanların sayı çoxdur, hətda şəhərlərə nisbətən daha çoxdur, çünki şəhərlər tək bir meydan deyil, meydan sistemlərinə sahibdirlər. Digər tərəfdən, İtaliyanın cənub hissəsində daha az gözəl meydanlar da  vardır, ancaq burada əhəmiyyətli istisnalar mövcuddur.     

Adriatikin digər tərəfində, Dalmatiya sahilləri boyunca şəhərlərin meydanlarına Venesiya meydanının bir uzantısı kimi baxmaq lazımdır. Dalmatiya sahili meydanlar baxımından kifayət qədər şərh edilməyən bir ərazidir. Buradakı şəhərlər Venesiya mülkləri idi, ancaq digər mədəniyyətlərlə, xüsusən Cənubi Slavyan şəhərləri ilə qarşılaşma, meydanlarına tamamilə möhtəşəm yerli nüanslar qazandırdı. Sloveniya, Xorvatiya və Monteneqro bu şəhərləri bölüşür, lakin digər Balkan ölkələrində də maraqlı meydanlar tapmaq mümkündür.

Alp dağlarının şimalında, Mərkəzi Avropada, keçmiş Avstriya-Macarıstan İmperiyası ərazisində, maraqlı şəhər meydanlarının sayı yenə də çoxdur. Buradakı tarixi meydanlar İtaliyadakı meydanlardan bir neçə əsr sonra ortaya çıxdı və italyan meydanlarının böyük təsirinə məruz qalsalar da, onların özünəməxsus bir cizgiyə və özəlliyə sahib olduğunu görmək mümkündür. Keçmiş Avstriya-Macarıstan İmperiyasının ərazisində belə bölgü yeganə deyil və paradoksal olaraq, güc mərkəzi olan Avstriya ən maraqlı və ya ən çox meydanı olan ölkə deyil. Çexiya hökumətinin memarlıq rezervasyonları tərəfindən elan edilmiş və qanunla qorunan Bohemiya və Moravia’nın təxminən 40 tarixi şəhəri geniş və çox gözəl bir meydan ətrafında inkişaf edir. Buradakı meydanların bu qədər az tanınması haqsızlıqdır. Slovakiya, Sloveniya, Macarıstan və ya Rumıniyada şəhərlər eyni “model” in tərkib hissəsi olan meydanlara sahibdirlər, lakin bu ölkələrdə onların sayı daha azdır. Bu Mərkəzi Avropa şəhərlərinin demək olar ki, hamısı əslində erkən orta əsrlərdə buraya gələn alman köçkünlərinin qalaları olmuşdur. Paradoksal olaraq, bu Mərkəzi Avropa şəhərlərinin meydan sistemi Almaniyanın özündə olan şəhərlərdən daha “inkişaf etmiş” vəziyyətdədir. Ancaq Almaniya, II. İkinci Dünya Müharibəsindəki bombalara baxmayaraq, Harz dağlarında orta əsr meydanları kimi çox maraqlı meydanları olan bəzi xüsusi ərazilərini saxlamaqdadır.   

Meydanlar baxımından başqa bir imtiyazlı sahə, artıq adını qeyd etdiyimiz İber yarımadasıdır. İspaniya və Portuqaliya “dinamik” meydanlara sahib ölkələrdir.

Bununla belə, meydanların yaxın tarixinin “mədəni idxal” olduğu halda, 19 və 20-ci əsrdə qurulmuş meydanlar, məsələn Qara dəniz və Xəzər dənizi arasındakı Qafqaz şəhərləri, tarixi və yerli adət-ənənələri əhatə edən çox maraqlı bir sintez təşkil edir. Gürcüstanın paytaxtı Tiflisdə, İpək Yolundakı köhnə karvan dayanacağı bu gün Meidan Meydanı və ya Vahtang Qorqasalının yerləşdiyi yerdir.

Daim yeni şəkillər və mətnlərlə zənginləşdirilən hər hansı bir seçimdə olduğu kimi saytımızdakı seçim də ədalətsiz və natamamdır.

Baurtanqe, Niderland, Marktplein

Bu gün Baurtanqe 133 ev və 300-dən az əhalisi olan bir kənddir. Baurtanqe, Holandiya Üsyanı zamanı Dinməz Vilhelmin (Oranlı Vilhelm) əmri ilə 1593-cü ildə hərbi qala olaraq inşa edilmişdi, lakin 1851-ci ildə rəsmi olaraq müdafiə vəzifələrini itirdikdən sonra sənətkarların və fermerlərin yaşayış sahəsinə çevrildi. Onun ilkin məqsədi İspaniyanın Qroningen şəhərini Almaniyaya bağlayan yolu qorumaq idi. Avropanın ən möhtəşəm ulduz qalalarından biridir. Beşbucaqlı forması, kanal və istehkam şəbəkələri onun layihəsinin orijinallığını əks etdirir. Meydanı şəhərin geometrik mərkəzində yerləşir və qala daxilindəki binaların beşbucaqlı formasını əks etdirir. Ətrafı, yaşı 300 ildən çox olan 14 laym ağacı ilə mükəmməl şəkildə tamamlanmışdır. Meydanda ən vacib evlər, o cümlədən kapitanın evi, komandirin evi və məktəb müdirinin evi vardır ki, bu binalar iyerarxik olaraq sıralanmışdır. Protestant Kilsəsi 1869-cu ilə aiddir və əhəmiyyətli dərəcədə meydana yaxın yerləşmişdir, lakin meydanın özündə deyildir.

This image has an empty alt attribute; its file name is DJI_0041-e1560972396821.jpg

Almeyda, Portuqaliya, Praça de Sao Paolo

Sərhədin Portuqaliya tərəfində istehkamlar İspaniyadakıdan da çoxdur. Almeyda, 1641-ci ildə inşa edilmiş və Portuqaliyanın şimal tərəfində yerləşən Vauban stilli 12 guşəsi olan ulduz formalı bir qaladır. İspanlar buraya tarixləri boyu yalnız bir dəfə, daha sonra isə fransızların köməyi ilə girmişdirlər. Meydan düzənsiz dördtərəflidir və ulduz mükəmməl olmadığı üçün geometrik olaraq düzgün şəkildə yerləşməmişdir, lakin onun mərkəz olaraq rolu qalanın kənarlarına baxıldıqda müəyyən olur.

Koimbra, Portuqaliya, 8 May Meydanı

Koimbra şəhəri öz universiteti və tarixi meydanları ilə məşhurdur və universitet ərazisində yerləşir. Şəhərdə həmçinin, orta ölçülü, lakin özünün balanslaşdırılmış nisbətləri və tarixi əhəmiyyəti ilə iddialı olan kiçik bir cəvahirat yerləşir: 8 May Meydanı, şəhərin mərkəzində, Santa Kruz monastırının qarşısında yerləşir və Kamara Bələdiyyə binası ilə davam edir. Bu kiçik məkan Portuqaliyanın ilk iki kralının dəfn edildiyi monastırın hündürlüyü və gözəlliyinə görə kölgədə qalmamağı bacarmışdır. Buradan digər üç tərəfdə olan binalar, eyni zamanda, mərkəzdə yerləşən fəvvarə də görünür. Meydanın müasir dövrə uyğun yenidən qurulması da bu işdə ona öz töhvəsini vermişdir.

Lissabon, Portuqaliya, Praca do Municipio

Monumental Praça do Comércio-dan qısa bir məsafədə üç əhəmiyyətli binanın yerləşdiyi bələdiyyə meydanı dayanır: Bələdiyyə, Apelyasiya Məhkəməsi və Naval Arsenal.  Rua do Arsenal çayından 70 metr az məsafədə düz bir xəttdə yerləşən Praça do Comércio’dan fərqli ritmləri olan kiçik və sakit meydanıdır. Praça do Municipio həm də Markiz Pombalın rəhbərliyi altında şəhərin yenidən qurulması nəticəsində yaranan şəhər sənətinin bir hissəsidir. Bu tarixi detal onları əks nöqtələr, yəni daha geniş, bir-biriləri ilə əlaqəli meydanlar sisteminin hissələri kimi başa düşülməli olduğunu aydınlaşdırmaq üçün kifayətdir.

Syudad-Rodriqo, İspaniya, Böyük Meydan

Şəhər öz adını qraf Rodrigo Qonsales Xirondan almışdır. O, Mavrları 12-ci əsrin ortalarında bölgədən həmişəlik olaraq qovan və vaxtilə Kelt yaşayış məskəninin zirvəsində inşa edilmiş keçmiş Roma kastrumunun yerində şəhər salan şəxs olmuşdur. Möhkəm  istehkamları şəhərin Portuqaliya ilə sərhəddə olan strateji mövqeyindən ipucu verir. Paradoksal olaraq, hər iki tərəfindən ən yaxşı müdafiə olunan Avropa sərhədlərindən biri olmuş olsa da, bu sərhəd bütün Avropa tarixi üçün ən sabit qalmış və son 500 il ərzində demək olar ki, dəyişməz olaraq qalmış bir yer olmuşdur. Burada baş vermiş yeganə mübarizə Napoleon ordusu tərəfindən olmuşdur. Heç yerdə meydan-xaric münasibətləri bu cür istehkamlardakı kimi heyrətamiz deyil.