Aristotel Meydanının tarixi 1917-ci ildə şəhərin üçdə ikisini məhv edən yanğınla başlayır. O zamana qədər, əsrlər boyu Osmanlı hakimiyyəti altında qalan Salonik heç bir meydanı olmayan bir şərq şəhəri idi. Üstəlik, yenidənqurma üçün edilən hər bir cəhd çox sıx inşa edilmiş bir ərazinin sökülməsini mümkünsüz edirdi. Lakin, memarların əldə edə bilmədiyi şeyi yanğın həyata keçirdi. Layihə 1918-ci ildə fransız Ernest Hébrard tərəfindən hazırlanmış, lakin yalnız 1950-ci ildə başa çatmışdır.
Herceg Novi (İtalyan dilində Castelnuovo) adı iddia edildiyi kimi yeni deyil, əksinə olduqca köhnədir, çünki 1382-ci ildə Bosniya Kralı I Stefan tərəfindən bir balıqçılıq kəndi yerində qurulmuş, eyni zamanda bu şəhərin mərkəzi meydanının da adıdır. Türklər 1482-ci ildə şəhəri fəth etdilər və ispanların burada qısa sürən ağalığı da daxil olmaqla, iki əsr ərzində burada qaldılar. Herceg Novi 1687-ci ildə Venesiya, sonra Avstriya-Macarıstan İmperiyası, daha sonra müvəqqəti olaraq Napoleon, Ruslar və Mussolininin hakimiyyəti altında olmuş, bundan sonra isə Yuqoslaviyanın bir hissəsinə çevrilmişdir. Tarixi, hamısı olmasada, öz meydanında əksini tapmışdır. Paradoksal bir meydandır, çünki adi italyan üslubunda tikilmiş, ortada xurma ağacları ilə əhatə olunmuş möhtəşəm bir pravoslav kilsəsi vardir. Qeyri-rəsmi olaraq meydanın adı Belavistadır. Buradan dənizi, eləcə də Osmanlı saat qülləsini, İspan qalasını, Katolik kilsəsinin zəng qülləsini və şəhərin aşağı mənzərəsini görə bilərsiniz.
Náměstí Svornosti, diametri 45 x 60 metr olan kiçik bir meydandır. Gözəl, lakin qeyri-adi, İntibah üslübunda fasadları olan bir sıra evləri qruplaşdırsa da, onun bir Barok üslubunda sütunu vardır ki, bir tərəfindən qədim şəhər meriyası binasının arkalarına bağlanır. İlk tarixi qeydlərinə 13-cü əsr şerində rast gəlinən və Alman dilində Krumau olaraq adlanan şəhər bu əzəmətli qalanın ətrafında inkişaf etmişdir. Şəhər baxımından qala həmişə mərkəzi yer olaraq qaldı, eyni zamanda həm ölçülərinə, həm də Vltava çayının geniş ərazisindəki mövqeyinə görə meydan olaraq ikinci dərəcəli rol oynadı. Buna baxmayaraq, o, nüfuzu bütün dünyada yayılan və belə kiçik bir şəhəri sayəsində çox sayda turist tərəfindən ziyarət edilən və bölgənin sehrli mənzərəsinin bir elementi olan yer olmaqda davam edir.
Elburq meydanı şəhərin iki əsas prospektinin kəsişməsinin nəticəsidir və şəhərin xəritəsini təmsil edən bu dördtərəflinin nisbətlərini daha kiçik miqyasda əks etdirir. Elburq mükəmməl bir həndəsi mütənasibliyə (“qızıl bölgü” yə əsaslanır) malikdir. Şəhər özünün ilkin formasını 1392-1396-cu illər arasında Orta Əsrlərə xas olan tərzdə formalaşdırmışdır, yəni bütün yollar dördbucaqlının düz geometrik mərkəzində yerləşən meydanın kənarlarını bir-birinə bağlayır.
Meydan Leira cəmiyyətinin sosial və iqtisadi həyatında mühüm rol oynayır, bura kafe və terraslarla doludur və burada bir çox tədbirlər təşkil edilir. Meydandakı səkilər Portuqaliyanın ən gözəl mənzərələrindən biri hesab olunur. Orta əsrlər dövründə meydanda mövsümi yarmarkalar keçirilirdi.
Mogarraz, Sierra de Francia’nda, Salamnca yaxınlığındakı dağlarda yerləşən kiçik bir tarixi yaşayış yeridir. Qəsəbənin əsası XI əsrdə Qaskonlar tərəfindən qoyulmuşdur. Qəsəbə getdikcə sakinsiz qaldığı üçün 1960-cı illərdə yerli sənətçi Florencio Maíllonun öz üzərinə öhdəlik alaraq evlərin divarları üzərinə yerli sakinlərin yüzlərlə portretini çəkməsi bu kənd günümüzdə İspaniyada məşhur edir. Mogarraze öz köhnə memarlığının böyük bir hissəsini qoruyub saxlaması, quruluşunun qeyri-adi orijinallığına yaxın olmasıvə özünün nağıl atmosferi ilə də maraq doğurur.
This is a square filled with life, bars, shops, taverns, terraces, restaurants. Built between 1821 and 1851 in a neoclassical style and surrounded by identical buildings, with three levels and a colonnade, it is called Plaza Nueva, in contrast to the city’s medieval square, and measures 3400 square meters. The functionalist style of its buildings and the absence of rich decoration reflect the ideas of the Enlightenment, for the square was planned at the end of the 18th century, although its construction began a few decades later. The first architect of the square was Silvestre Pérez. The space gives one the feeling of a giant yet intimate palace salon. Every Sunday, Plaza Nueva hosts a flea market.
Gürcüstan müstəqilliyinin həqiqi simvolu olan bu məkan 1918-ci ildə Birinci Gürcüstan Respublikası dövründə Azadlıq Meydanı adlandırılırdı. SSRİ dağıldıqdan sonra, 2006-cı ildə burada yerləşdirilmiş, Əjdahanı məğlub edən Müqəddəs Corcun qızıldan olan heykəli ilə möhkəmləndirilmiş bu meydan yenidən öz adını geri alaraq, şəhərin hazırki kimliyini qürurla tamalayır. Meydanın bir-birini təqib edən adlarının müasir dövrdə Gürcüsta tarixini necə mükəmməl bir şəkildə təmsil etdiyini diqqətə çəkmək maraqlıdır. Meydan 19-cu əsrin əvvəllərində inşa edildiyi vaxt Yerevan, ya da Yerevanı fəth edən və sonradan Yerevan Qrafı titulunu alan Rus İmperator Ordusunun generalının şərəfinə İvan Paskeviç Meydanı adlandırıldı. SSRİ dövründə isə əvvəlcə Beriya Meydanı, daha sonra Lenin Meydanı adlandırıldı. Leninin heykəli meydanın mərkəzində 1991-ci ilə qədər hakim olaraq qalmışdır.
Şəhərin şəhər şəbəkəsinin dinamikasına baxıldığında maraqlı bir görüntü ortaya çıxır: ilk olaraq, ticarət yollarının meydandan daha çox şəhərin içi ilə kəsişdiyi zamanlarda, bu ərazi qəsəbənin kənarlarına doğru yerləşirdi. Şəhərin ticarət hüdudlarının tədricən inkişafı sonda onu, bir çox böyük Qərbi Avropa şəhərlərində də rast gəlinən bir mərkəzə çevirir. Burada xüsusilə sərgüzəştli tarixi bir epizod baş vermişdir: 1907-ci ildə meydan Stalin tərəfindən təşkil edilən və özü tərəfindən rəhbərlik edilən məşhur bir bank soyğunu səhnəsinə şahidlik etmişdir.
Bu Meydan Avropanın ən böyük meydanları sırasındadır və 1256-cı ildə bu şəhərin əsasını qoyan (almanca „Budweis” adlanır) Bohemia Kralı II Ottokarın adını daşıyır. XVI əsrdə tikilmiş Qara Qüllə və Müqəddəs Nikolay Kafedralı şəhərin cənub-şərq küncündə yerləşir. Barok üslublu bələdiyyə binası meydanın əks küncündədir, mərkəzi nöqtə isə çox mürəkkəb bir barok üslubu dekorasiyasına malik olan Samson Fəvvarəsinin yanında yerləşir. 48 gerbli bina, pivə fabriki və duz bazarı meydanı tamamlayır.
Rəvayətə görə, kənd salmaq istədikləri zaman, Pindusun gəzən çobanları bir yer seçib, orada bir ağac əkərdilər. İldə ən azı iki dəfə sürüləri ilə buradan keçdikləri zaman əgər əkdikləri ağac yaxşı qalarsa və gözəl böyüyərdisə, burada onlar qəsəbə salar və həmin ağacı o yerin mərkəzinə çevirərdilər. Pindusdakı bütün Aroman yaşayış məntəqələrində bir meydan var və hamısının mərkəzində əsrinin qədim ağacları dayanmaqdadır. Yerlilər meydanı plateia, platia, mişori və ya mesohori adlandırırlar. Bunlar cəmiyyətin həyatındakı bütün əhəmiyyətli binaları özündə cəmləyir. Kilsəsi, məktəbi, çeşməsi, kafeləri, bunların hamısı meydandadır ya da daha doğrusu, meydanı təyin edir və onu təşkil edir. Bu məkan, memarlığın, özəlliklə də sosial və antropoliji memarlığın tərifidir, çünki bura bütün əhəmiyyətli ictimai tədbirlərinin keçirildiyi yerdir. Bu səbəbdən memarlıq tərif almadan öncə, bir meydan antropoloji tərifinə sahib olmalıdır. Bunlar görülməsi nəzərdə tutulan meydanlar deyil, hadisələrin baş verməsi nəzərdə tutulan meydanlardır. Onların əsas funksiyası estetikliyi deyil, sosiallığı nümayiş etdirməkdir. Qısacası, baş verən hər şey bütövlükdə fəaliyyət göstərməli olan cəmiyyətin hekayəsidir.
Bu İspaniyanın ən böyük meydanlarından biridir və orta əsr şəhərinin tam girişində yerləşir. İlkin tarixi həmin ərazidə mötəbər adət-ənənələrin qeyd edildiyi XI əsrə dayanır. Binaları müxtəlif dövrlərə aiddir və hər biri 16-cı əsr aşağı mərtəbə kolonnadasına malikdir. Şimal-qərb tərəfində yerləşən Bujaco Qalası göz oxşayır, günümüzdə isə şəhərin rəmzi hesab olunur. O, Ərəb hakimiyyəti dövrünə Roma təməlləri üzərində qurulmuşdur. Adının mənşəyinin yerlilərin saman çöplərindən hazırlanmış gəlinciklərə verdikləri addan – “bujacos” sözündən alındığı düşünülür.
Bu gün Baurtanqe 133 ev və 300-dən az əhalisi olan bir kənddir. Baurtanqe, Holandiya Üsyanı zamanı Dinməz Vilhelmin (Oranlı Vilhelm) əmri ilə 1593-cü ildə hərbi qala olaraq inşa edilmişdi, lakin 1851-ci ildə rəsmi olaraq müdafiə vəzifələrini itirdikdən sonra sənətkarların və fermerlərin yaşayış sahəsinə çevrildi. Onun ilkin məqsədi İspaniyanın Qroningen şəhərini Almaniyaya bağlayan yolu qorumaq idi. Avropanın ən möhtəşəm ulduz qalalarından biridir. Beşbucaqlı forması, kanal və istehkam şəbəkələri onun layihəsinin orijinallığını əks etdirir. Meydanı şəhərin geometrik mərkəzində yerləşir və qala daxilindəki binaların beşbucaqlı formasını əks etdirir. Ətrafı, yaşı 300 ildən çox olan 14 laym ağacı ilə mükəmməl şəkildə tamamlanmışdır. Meydanda ən vacib evlər, o cümlədən kapitanın evi, komandirin evi və məktəb müdirinin evi vardır ki, bu binalar iyerarxik olaraq sıralanmışdır. Protestant Kilsəsi 1869-cu ilə aiddir və əhəmiyyətli dərəcədə meydana yaxın yerləşmişdir, lakin meydanın özündə deyildir.
Sərhədin Portuqaliya tərəfində istehkamlar İspaniyadakıdan da çoxdur. Almeyda, 1641-ci ildə inşa edilmiş və Portuqaliyanın şimal tərəfində yerləşən Vauban stilli 12 guşəsi olan ulduz formalı bir qaladır. İspanlar buraya tarixləri boyu yalnız bir dəfə, daha sonra isə fransızların köməyi ilə girmişdirlər. Meydan düzənsiz dördtərəflidir və ulduz mükəmməl olmadığı üçün geometrik olaraq düzgün şəkildə yerləşməmişdir, lakin onun mərkəz olaraq rolu qalanın kənarlarına baxıldıqda müəyyən olur.
Koimbra şəhəri öz universiteti və tarixi meydanları ilə məşhurdur və universitet ərazisində yerləşir. Şəhərdə həmçinin, orta ölçülü, lakin özünün balanslaşdırılmış nisbətləri və tarixi əhəmiyyəti ilə iddialı olan kiçik bir cəvahirat yerləşir: 8 May Meydanı, şəhərin mərkəzində, Santa Kruz monastırının qarşısında yerləşir və Kamara Bələdiyyə binası ilə davam edir. Bu kiçik məkan Portuqaliyanın ilk iki kralının dəfn edildiyi monastırın hündürlüyü və gözəlliyinə görə kölgədə qalmamağı bacarmışdır. Buradan digər üç tərəfdə olan binalar, eyni zamanda, mərkəzdə yerləşən fəvvarə də görünür. Meydanın müasir dövrə uyğun yenidən qurulması da bu işdə ona öz töhvəsini vermişdir.