Marostica, İtaliya, Piazza Castello

Hər il, sentyabrın ikinci həftəsində, Marostica şahmat oyununa ev sahibliyi edir. Lakin bu oyunda taxta heykəlciklərin rolunu canlı insanlar oynayırlar və bu kiçik orta əsr şəhərciyinin meydanı bu məqsəd üçün xüsusilə hazırlanmış səkisi ilə şahmat taxtası rolunu oynayır. Bu səbəbdən Maroustica Piazza Castello həm də Piazza degli Scacchi adlandırılır. Hekayəsi orta əsrlərə gedir, belə ki, iki gənc zadəgan, Rinaldo D’Angarano və Vieri da Vallanora, yerli Lordun qızı Lionoraya aşiq olurlar. Dövrün adətlərinə görə qızın taleyini duel həll edə bilər. Lakin atası onları bir-birinə düşmən etməmək və qan tökülməsini istəmədiyi üçün dueli qadağan edir və əvəzində şahmat oyunu təklif edir. Qalib gələn Lionoranın əri olacaqdı. Uduzan itirməyəcəkdi, əksinə kiçik qızı Oldradanı qazanacaqdı. Əlbətdə ki, bu hekayənin tarixi həqiqətdə heç bir əsası yoxdur. Bu xarakterlərdən heç biri mövcud olmamış və orta əsrlərdə Marostica adı altında şahmat oyunları keçirilməmişdir, çünki yerli Venesiya ləhcəsində bu söz Maròstega olaraq adlanırdı. Mario Mirko Vucetich adlı Dalmatia yazıçısı və memarı isə tam hekayəni İkinci Dünya Müharibəsindən sonra yaratdı. Bundan sonra yerli bir şahmat klubu hekayəni gerçək olaraq görməyi və bir ildən bir İtaliyanın şimalındakı kiçik Marostica qəsəbəsində, əsl orta əsr mənşəli bu möhtəşəm meydanda canlı insanlarla şahmat parçaları olaraq bir yarışma təşkil etməyi məqsədəuyğun saydı.

Passau, Almaniya, Domplatz

Bu şəhər quruluşu, onun şəhər Avropasında ən möhtəşəm yerlərindən biri kimi, coğrafi mövqeyinə görə müəyyən edilmişdir. Passau hər biri fərqli rəngdə sulara sahib olan Dunay, Inn və Ilz çayları arasındakı bir ərazidə yerləşir. Passau hər il sel basqını təhlükəsi altında qaldığı üçün Domplatz şəhərin ən yüksək nöqtəsində yerləşdiyi üçün üstünlüyə malikdir, çünki hər il Passau daşqınların təsirinə məruz qalır. Meydan 1150-ci ildə inşa edilmişdir. Və 1155-ci ildə yepiskop Konrad von Babenberq tərəfindən bağışlandıqdan sonra, boş tərəflərində kargüzarlıqla məşğul olan evlərinin tikilməsi şərti ilə kafedralın mülkiyyətinə çevrilmişdir. Bu 14 bina 1662 və 1680-ci illərdəki böyük yanğınlardan zərər gördü, sonra İtalyan memarları tərəfindən Barok üslubunda yenidən quruldu. 1824-cü ildə meydanda Bavariya imperatoru I Maksimilianın heykəli qoyuldu. Beləliklə, tarixində ilk dəfə olaraq meydan rəsmi şəhər meydanı statusu alaraq ictimai məkana çevrildi. 2013-cü ildən sonra yenidən təmir edildi. Səkisi özünün əvvəlki tarixi dövrlərinə işarə edən incə çınqıllarla əvəz olundu. Onun ətrafı işıqlandırması möhtəşəmdir, Avropanın ən yaxşılarından biridir. İşıq Kafedralın fasadını vurğulayaraq, meydanı və digər tikililəri yarı-işıqda qoyaraq, şəhərlərdə ictimai işıqlandırmanın olmadığı keçmişi indikiyə bağlayaraq qaranlıq və işığın zərif oyununu sərgiləyir. Barok üslublu əsərin səhnəsi təsirini bağışlayır.

Třeboň, Çexiya Respublikası, Masarykovo náměstí

Alman dilində Wittingau adlanan Třeboň, Bohemiyada ən yaxşı qorunan orta əsr meydanlarından birinə sahibdir. Əslində, yalnız forması orta əsrlərə aiddir, belə ki, İntibah və Barok evləri ilə hazırki görünüşü XIV əsrdə balıq ticarətinin çiçəklənməsi ilə əlaqədardır. Şəhərin ətrafındakı təbii mənzərə XIV əsrin ortalarından başlayaraq, insan müdaxiləsi ilə tədricən dəyişdirildi. Bataqlıqlar 16 su sistemində qruplaşdırılaraq, 500-dən çox gölməçədən ibarət sıx bir şəbəkə yaratdı. Günümüzdə bu çöllərə cənnət geri dönmüş, nadir bitki və heyvan növləri burda məskən salmışdır. Gölməçələrdən ən böyüyü şəhərin düz yanında yerləşir və orta əsr şəhərciyinin sahibləri olan Rozenberqlər ailəsinin adı ilə bağlıdır. Bohemiya və Moravia’nın bütün tarixi şəhərlərində olduğu kimi, bu meydan da vəba sütunu, İntibah dövrünə aid çeşmə və şəhər meriyasına aid qala binasından ibarətdir.