Məşhur “Il trillo del diavolo” (Şeytan Sonatı) əsərinin müəllifi Cüzeppe Tartini bu liman şəhərində anadan olmuşdur, daha sonra isə bu yer Venesiya Respublikasının bir hissəsi olub Pirano kimi anılmışdır. Piran meydanı onun adını daşıyır və bəstəkarın doğma evi meydanın bir tərəfində yerləşir. Tartini Meydanı yarandığı vaxtdan meydan olaraq mövcud olmamışdı; əvvəllər o, Adriatik dənizində balıq ovu ilə məşğul olan təknə və gəmilər üçün boşaltma bərəsi olaraq xidmət etmişdi. Zamanla bərənin yaxınlığıda yeni yerlər və gözəl inzibati binalar çoxalmağa başladı. Bu yerin əhəmiyyəti artdıqca, hakimiyyət 1894-cü ildə kiçik körfəzi silib yerində sözü gedən meydan qurmağı qərara aldı. İki il sonra burada mərkəzi nöqtə kimi düşünülən Tartini heykəli ucaldı. Müqəddəs Corce kilsəsinin ucaldığı təpədə Venesiyadakının eynisi olan zəng qülləsi ilə meydan özünün uyğun və uğurlu təşkil olunmuş, forma və nisbət balansı ilə harmoniya təşkil edən canlı bir məkandır.



































